Biznes Liqa şirkətlərarası natiqlik yarışması uğurla yekunlaşıb - (+FOTOLAR)

“Biznes Liqa” şirkətlərarası natiqlik yarışması uğurla yekunlaşıb (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, “Azerbaijan Public Speaking Competition” (APSC) və ABŞ-ın “Natiqlər Assosiyasiyası”-nın tərəfdaşlığı ilə “Biznes Liqa” şirkətlərarası natiqlik yarışmasının qalibləri müəyyənləşib.

APSC çərçivəsində iştirakçılar üçün peşəkar təlimçilər tərəfindən 6 master klass həyata keçirilib. Master klasslarda müxtəlif şirkətlərdən mütəxəssis və rəhbər vəzifəsində çalışan 50-yə yaxın nümayəndə iştirak edib.

Final mərhələsi Zirə Mədəniyyət Mərkəzi və Eko-parkında baş tutub. Final mərhələsində iştirakçılar ideya, təşəbbüs, layihə, şirkət və motivasiya xarakterli çıxışlar ediblər. Azərbaycan bölməsi üzrə “Aztelecom” şirkətinin nümayəndəsi Ayaz Mirzəzadə yarışmanın qalibi olaraq 2.000 AZN pul mükafatını qazanıb. İngilis bölməsi üzrə isə Şəfəddin Bayramzadə yarışmanın qalibi olub. Şafəddin Bayramzadə 20-22 iyun tarixlərində Londonda baş tutacaq “Beynəlxalq Natiqlər Konfransı”nda iştirak edəcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !