Nicatın uğurları -

Nicatın uğurları

 4-cü sinif tələbəsi Hüseynov Nicat uğurlarına uğur qatır.

Hüseynov Nicat Pənah oğlu

Gəncə şəhərində 44 nömrəli Məkdəb-Lisey -Kompleksinin 4-cü sinif şagirdidir.O,hər zaman digər şagirdlərdən bilik və bacarığı ilə fərqlənib.2015-2016-cı tədris ilinin sonunda keçirilmiş test imtahanlarında yüksək nəticə göstərdiyinə görə "Fəxri Fərman"la təltif olunub.2016-2017-ci tədris ilində siniflərarası keçirilmiş test imtahanlarında yüksək nəticə gösdərdiyinə görə"Fəxri Fərmana" layiq görülüb.2017-2018-ci tədris ili ərzində təhsildə fərqləndiyinə görə "Fəxri Fərmana" layiq görülüb.2018-ci ilin aprel ayının 7-də keçirilmiş Akademik bilik yarışmasında ibtidai sinif şagirdləri arasında yüksək nəticə göstərdiyinə görə fərqlənməyə layiq görülüb.19.01.2019 və12.05.2019-cu il tarixlərdə "Çempion əlaçıların bilik yarışması"nda fərqlənmələrə layiq görülüb.31.05.2019-cu il tarixdə ingilis dili kursunun 1-ci səviyyəsinin(Beginner)əla bitirdiyi üçün sertifkata layiq görülüb.
Məkdəb müəlliməsi Tahirə Əliyeva onun istedadını yüksək qiymətləndirərək, Nicata xüsusi qayğı ilə yanaşır. Hər zaman daha fəal olması üçün Nicatı həvəsləndirir. Bütün bu uğurlarla yanaşı Nicat Hüseynov
əlavə olaraq Gəncə şəhərində yerləşən Bülbül adına musiqi məktəbində Qarmon təhsili də alır. Qarmon müəllimi Elgün Dəsti onun bacarığına güvəndiyini bildirərək, tələbəsi ilə fəxr etdiyini dilə gətirib.
Onu da qeyd edək ki, Nicat Hüseynovun iyunun 9-da ad günüdür. Anası İlhamə xanım başda olmaqla atası Pənah bəy, bacısı Vəfa xanım və bütün qohumları, dostları və saytımız adından biz də Hüseynov Nicatı təbrik edir, yeni yaşının Nicata yeni-yeni uğurlar gətirməsini arzu edirik.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !