Sütünlar üzərində ada... - +FOTOLAR ( AZpress.AZ - İ.Nəriman)

Sütünlar üzərində ada... +FOTOLAR ( AZpress.AZ - İ.Nəriman)

Sahilləri Baltik dənizinin suları ilə yuyulan və körpülərlə bir-birinə birləşən, on dörd ada üzərində yerləşən, ilk baxışdan al-əlvan rəngləri və sakinlərin gülərüzlüyü ilə özünə aşiq edən, nağıla bənzəyən şəhər! Stokholm şəhərinin adı «sütunlarla bərkidilmiş ada», «sütunlar üzərində ada» kimi tərcümə edilir.
Stokholm şəhərinin əsası 1252-ci ildə riksqraf Birqer Yarl tərəfindən qoyulmuşdur. Şəhər su sahələrinin bolluğu, qala və parkların orijinal memarlığa sahib qədim və müasir binalarla ahəngi ilə seçilir. Stokholm gəzməli və görməli yerlərlə çox zəngindir. Qamla Stan (Qədim Şəhər) adlandırılan ərazi şəhərin «qəlbi» hesab edilir və burada Kral Sarayı, Stokholm Kilsəsi, məşhur «kökə evlər», Nobel Muzeyi və digər gözəl abidələr yerləşir. Şəhərin əsas «muzey arteriyası» kimi Yurgorden adasını qeyd etmək olar. Məhz burada Vikinqlər muzeyi, əfsanəvi ABBA musiqi qrupunun muzeyi, Nordiska Muzeyi, Okeanarium, Luna-park, dünyanın açıq səma altında ilk muzeyi olan Skansen, hər birimizi uşaqlıq illərinə aparan sevimli Karlson və Uzuncorab Pippi qəhrəmanlarının yaradıcısı Astrid Lindqrenin nağıllar muzeyi Yunibaken, dənizə buraxıldığı ilk gün batan və üç əsr sonra dənizin dibindən çıxarılaraq bərpa edilən əzəmətli Vasa gəmisi muzeyi yerləşir. Həmçinin şəhərin digər hissələrində yerləşən İsveç Milli Muzeyi, Karl və Olqa Milles cütlüyü tərəfindən yaradılmış bədii dövlət muzeyi və heykəltəraşlıq parkı olan Millesqardenin adını çəkməmək olmaz.
İsveçin Bakıdakı Səfirliyinin dəstəyi ilə Ayten Abdullayeva bu gözəl şəhəri ziyarət edib, öz təəssürat və hisslər qammasını rəsmlərində əks etdirmək şansı əldə edir. Stokholma səfər etmək və bu şəhərin harmoniyasını kağıza köçürmək rəssam üçün çətin, lakin olduqca maraqlı vəzifə idi.
Aytenin özünün dediyinə görə, hava limanına çatan kimi bu ölkəyə xas olan qış sərinliyi ilə dolğun şimal havasını üzündə hiss edir və pasport yoxlanışından keçdikdən sonra sakitcə insanların arasına qarışaraq nağıl şəhərinə tərəf tələsir.
Stokholm həqiqətən çox gözəl şəhərdir. Səliqəli evciklər, yerli əhalinin mehribançılığını, şam ağacının təravətini, şirniyyat köşklərinin tamını əks etdirən keşməkeşli küçələr... Heykəllər, parklar, meydanlar, dənizkənarı – hər şey özündə Stokholmun həyatını əks etdirən mozaikaya düzülür. Və «sərt» paytaxt heç də sərt təəssürat yaratmır. Əksinə, Aytenə, xaraktercə həssas xanıma, bu atmosfer o qədər güclü təsir etmişdi ki, o bütün uzun gəzintilərdən sonra bu kolorit haqda düşünməyə davam edirdi. Onun xəyalı siluetlər, cizgilər çəkirdi, əlləri isə fırça və boyalara tərəf uzanırdı.
Bu macəralı səfərin nəticəsi ilə onun əsərlərinə baxmaqla tanış ola bilərsiniz. Onların içində onun qəlbi, təbiətin və insanın yaratdığı və bizə bəxş etdiyi nemətlər qarşısında şövq və ehtiramı dayanır.

 

Konsepsiyanın müəllifi: Ülkər Nuriyeva 

 

                                                                                 ***

 

BİOQRAFİYA


1989-cu ildə Bakı şəhərində anadan olub.
Təhsil 2019
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında doktorantura tələbəsi. 2012-2014
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dizayn və Texniki estetika isxtisası üzrə magistr pilləsi.  2008-2012
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq və Qrafik dizayn ixtisası üzrə bakalavr pilləsi (fərqlənmə diploma ilə).



Seçilmiş sərgi və layihələr
2019
Arts Council Azerbaijan, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və BMT-nin təşkilatçılığı ilə UN Culture park üçün içərisndə ağacların əkilməsi nəzərdə tutulmuş çənlərdən birinin üzərində DİM (SDG) mövzusunda rəsm çəkmək. Bakı, Azərbaycan
Xalq Rəssamı professor Arif Əziz və onun tələbələrinin "Maestro Artists” sərgisi. 2 kollaj. Bakı, Azərbaycan

 

2018
Böyük Britaniya Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə, Arts Council Azerbaijan, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunan plener. Bakı, Azərbaycan
Niderlandın Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə, Arts Council Azerbaijan, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunan plener. Bakı, Azərbaycan
İsveçin Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə, Arts Council Azerbaijan, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunan plener. Bakı, Azərbaycan
Beatgroup, Socar və Həyat Fondu tərəfindən Novruz bayramına həsr olunmuş qrup layihə/sərgidə hündürlüyü 1,5 m. olan bayram yumurtasını xüsusi dizaynla işlənməsi. Daha sonra bayram yumurtaları xeyriyyə məqsədi ilə hərracda satılmışdır. Bakı, Azərbaycan

 

2017
Ət və qəssablar mövzusuna həsr olunmuş “CARO” adlı İlk fərdi sərgi. Bakı, Azərbaycan
«Yarat» Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunmuş «Uzaq üfüqlər» adlı layihə. “Detalların sirri” adlı installyasiya. Bakı, Azərbaycan

 

2016
Bakı Metropolitenində «Metro Gallery» layihəsi. Üç əsər. Bakı, Azərbaycan

«Mən danışa bilmirəm. Sən mənim səsimsən / Bakının küçə heyvanları». Bakı, Azərbaycan

 


2015
«Baku Pianos» layihəsi. İctimai yerlərdə qoyulması nəzərdə tutulan pianolardan birinin xüsusi dizayn və rənglənməsi. Bakı, Azərbaycan



«Yarat» Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunmuş «Təcrid otağı» layihəsi. «Zəncirlənmiş həyat» adlı əsər.
Bakı, Azərbaycan

 

2014
«Yarat» Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunmuş «Təcavüz. Muzey 2014» layihəsi. «Bilik Detektoru» adlı installyasiya. Bakı, Azərbaycan
Neftçilər günü və «Əsrin Müqaviləsi»-nin imzalanmasının 2 illiyinə həsr olunmuş «Kreativ Neft Buruqları» layihəsi. Bakı, Azərbaycan

Rusiya İnformasiya və İncəsənət Mərkəzində rəssamlıq üzrə ustad dərslərinin keçirilməsi. Bakı, Azərbaycan

«Dəniz Mirvarisi» adlı Birinci Beynəlxalq İncəsənət Festifalı. «Təsviri İncəsənət» nominasiyasında birinci yer. Aheloy, Bolqarıstan

 

2013
II Beynəlxalq «From Waste to Art» sərgisi. «Qışqırıq» əsəri. Bakı, Azərbaycan

 

2011
Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən keçirilmiş «Narkomaniyaya yox» adlı sərgi. Bakı, Azərbaycan

 

2010
Marmara Universitetində keçirilmiş Beynəlxalq Tələbə Trienalı. Üç əsər. İstanbul, Türkiyə

«Dənizatı» sərgi salonunda keçirilmiş gənclər sərgisi. İstanbul, Türkiyə

 

Əlavə məlumat
2017
Azərbaycan Rəssamlar İttifaqının üzvü.
2011
Prezident Təqaüdü.
2010
Azərbaycan Reklamçılar İttifaqının üzvü.
Azərbaycan Rəssamlar İttifaqının Gənc Rəssamlar və Sənətşunaslar Birliyinin üzvü.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !