Ən yaxşı elmi tədqiqat işi müsabiqəsinin qalibləri məlum olub - (+FOTOLAR)

“Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinin qalibləri məlum olub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, iyunun 4-də Azərbaycan Milli Elmlər Akademiyasında doktorant, dissertant və magistrantlar arasında elan olunan “Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinin qalibləri məlum olub, AMEA-nın “Gənclər üçün Akademik Əli Quliyev mükafatı” sahibinə təqdim edilib.

Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən keçirilən tədbiri giriş sözü ilə açan AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev son illər Akademiyada gənclərin elmi-ictimai fəallığının nəzərəçarpacaq dərəcədə artmasından danışıb, rəhbərlik tərəfindən gənclərə göstərilən diqqət və qayğının bu inkişafı daha da layiqli səviyyəyə çatdıracağını bildirib: “Bu da təbii ki, Akademiya rəhbərliyinin gənc elm adamlarına olan diqqət və qayğısından irəli gəlir. Bunun məntiqi nəticəsidir ki, elmlər və fəlsəfə doktorluğu üzrə müdafiə edənlərin həm sayında, həm də yerinə yetirdikləri elmi-tədqiqat işlərinin keyfiyyətində və təqdimatında yüksəliş baş verib”.

Akademik Vaqif Fərzəliyev öz nitqində qeyd edib ki, rəhbərlik etdiyi institutda çalışan gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara həvəsləndirmək üçün keçirilən istər adlı mükafat, istərsə də elmi müsabiqələr artıq ənənəvi hal alıb: "Bu isə imkan verir ki, gənc tədqiqatçılar müəyyən qədər həm maddi dəstək ala bilsin, eyni zamanda elmi məruzə etmək, elmi məqalə yazmaq vərdişlərinə yiyələnsin, sözün əsl mənasında sabahın əsl istedadlı alimi kimi yetişə bilsinlər”.

Artıq beş ildir özünü doğruldan bu təcrübə sayəsində ildən-ilə müsabiqəyə maraq göstərən gənclərin sayının artdığını deyən institut direktoru gənclərin elmi məruzələrinin keyfiyyətinin yüksək səviyyədə hazırlanması və üzvi kimya, zərif üzvi kimya, eləcə də neft kimyası kimi aktual, maraq doğuran sahələrə həsr olunmasından danışıb“.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov çıxışında gənc tədqiqatçılar arasında sağlam elmi rəqabət yaratmaq baxımından müsabiqələrin çox uğurlu və beynəlxalq təcrübəyə əsasən tətbiq olunmasından söz açıb: “Sevindirici haldır ki, Akademiya rəhbərliyi ildən-ilə gənc alimlər arasında keçirilən elmi müsabiqələrin həm sayını, həm də çeşidini artırıb. Təkcə bu il Azərbaycanda ilk dəfə təsis olunan “Elm Günü”nə həsr olunan, “qadınlar elmdə”, “Magistr-2019”, “Gənc kimyaçılar elmdə” və sair müsabiqələr keçirilmiş və keçirilməkdədir”.

F.Salmanov onu da əlavə edib ki, AMEA Gənc Alim və Mütəxəssislər Şurası olaraq kimyaçı gənclərimizlə akademik elmdə bir neçə ilklərə imza atmışıq: “Bu aspektdə kimyaçı gənclərimiz üçün ilk dəfə yay məktəbi, orta məktəbdə kimya gecəsi kimi önəmli tədbirlər gerçəkləşdirmişik”.

Şura sədri Akademiya rəhbərliyinin bu siyasətinə yerli institut və təşkilatların, o cümlədən şuranın “Gənclər üçün Akademik Əli Quliyev mükafatı” və “Ən yaxşı elmi tədqiqat işi” adlı ənənəvi müsabiqələrlə dəstək verdiyini vurğulayıb.

Növbəti çıxışçı institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev hər iki müsabiqənin gedişatından danışaraq təəssüratlarını bölüşüb: “bu dəfə də əvvəlki kimi namizədlərin seçimi zamanı məruzənin mövzusunun aktuallığı, əldə olunan nəticələrin elmi və praktikliyi, məruzəçinin sualları cavablandırma səviyyəsi və mövzu ilə əlaqədar dərc etdiyi elmi əsərlər kimi bir neçə əsas meyar müəyyənləşdirilmişdir”. O vurğulayıb ki, istər gənclər üçün Akademik Əli Quliyev adına mükafat, istərsə də “Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinin qaliblərinin seçilməsi zamanı ekspert dəyərləndirilməsi şəffaf formada aparılıb.

Müsabiqə Komissiyasının üzvü, kimya elmləri üzrə fəlsəfə doktoru Şahmərdan Əliyev qaliblərin seçilməsi meyarları və qiymətləndirmə prinsiplərindən, eləcə də məruzə təqdimatları zamanı müşahidə etdiyi üstünlüklərdən söz açıb.

Sonda qaliblərə diplomlar təqdim olunub.

Qeyd edək ki, hər iki müsabiqə üzrə Ekspertlər Şurası üzvlərinin yekdil qərarı ilə “134” balla 3 saylı laboratoriyanın disertantı Günay İsmayılova müsabiqənin I yerinə, 8 saylı laboratoriyanın dissertantı Könül Qəhrəmanova “112” balla müsabiqənin II yerinə, “107” balla 7 saylı laboratoriyanın dissertantı Ulduz Cəfərova müsabiqənin III yerinə, “87” balla 6 saylı laboratoriyanın dissertantı Lamiyə Kazımzadə müsabiqənin həvəsləndirmə mükafatına, son bir ildəki elmi nailiyyətlərinə görə isə 9 saylı laboratoriyanın kiçik elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Nəzər Nəzərov “Gənclər üçün Akademik Əli Quliyev” mükafatına layiq görülüblər.

Son bir ildə AMEA Aşqarlar Kimyası İnstitutunun, o cümlədən gənc alim və mütəxəssislərin elmi-ictimai fəaliyyətinə geniş informasiya dəstəyi verdiyinə görə “AZƏRTAC” İnformasiya Agentliyinin müxbiri Şahnaz Abdullayeva və “Azedu.az” Təhsil Portalının baş redaktoru Elmin Nuri təşəkkürnamələrlə təltif olunublar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !