Spektral nəzəriyyə və onun tətbiqləri mövzusunda beynəlxalq seminar öz işinə başlayıb - (+FOTOLAR)

“Spektral nəzəriyyə və onun tətbiqləri” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda görkəmli riyaziyyatçı alim, akademik Mirabbas Qasımovun 80 illiyinə həsr olunan “Spektral nəzəriyyə və onun tətbiqləri” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.

Tədbir AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrası və Xəzər Universitetinin Riyaziyyat kafedrasının birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, İraq və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə RMİ-nin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov görkəmli alim M. Qasımovun mənalı ömür yolundan, elmi yaradıcılığından, qazandığı nailiyyətlərdən danışıb.

Bildirib ki, 1964-cü ildə M. Qasımov M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin elmi şurasında “Şturm-Liuvill tənliyinin iki spektri görə həlli” namizədlik dissertasiyasını müdafiə edib. Elmi şuranın xüsusi qərarına əsasən iş “Görkəmli iş” olaraq qiymətləndirilib. Həmin ildə o, Moskvanın fiziki-texniki institutuna assistent vəzifəsinə işə başlayıb və 1965-ci ildə müsabiqə yolu ilə F. E. Dzerjinski adına Hərbi-Mühəndislik Akademiyasının riyaziyyat kafedrasına baş müəllim təyin olunub.

1967-ci ildə M. Qasımov Moskva Dövlət Universitetində “Öz-özünə qoşma və öz-özünə qoşma olmayan diferensial operatorların bəzi məsələləri” mövzusunda fizika-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib və bu iş ABŞ-da ingilis dilinə tərcümə edilib. Dissertasiyanın rəsmi opponentləri məşhur riyaziyyatçılar A.Q.Kostyuçenko, V.A.Marçenko, M.A.Naymark olub.

O, 1968-ci ilin sentyabrından Azərbaycan Dövlət Universitetinin professoru vəzifəsində çalışıb. M. Qasımov 1972-ci ildən (2007-ci ilədək) Tətbiqi Riyaziyyat kafedrasının müdiri olub. 1970-1976-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda xüsusi törəməli diferensial tənliklər şöbəsinin müdiri olub.

Mirabbas Qasımov 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü (akademik) seçilib.

O, 1990-1992-ci illərdə BDU- nun rektoru, müxtəlif illərdə BDU-nun Mexanika Riyaziyyat və Tətbiqi Riyaziyyat və Kibernetika fakültələrinin dekanı, təhsil nazirinin birinci müavini vəzifələrini tutub.
M. Qasımov 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

Riyaziyyat elminin inkişafına dəyərli töhfələr verən akademik M. Qasımov 100-də çox elmi məqalənin müəllifidir.

Alim çoxlu sayda riyaziyyatçının elmi işinə rəhbərlik etmiş və yüksək səviyyəli elmi kadrların yetişdirilməsinə böyük diqqət yetirib. Onun rəhbərliyi altında təqribən 70 namizədlik və doktorluq dissertasiyası müdafiə olunub. O, beynəlxalq simpozium, konfrans və forumlarda Azərbaycan elmini layiqincə təmsil edib.

Beynəlxalq seminarda tanınmış alimlər B. S. Mityagin, A. A. Şkalikov, Ya. T. Sultanayev, S. S. Mirzəyev, H. A. İsayev, A. M. Axtyamov, Q. A. Mirzəyev, V. K. Kələntərovun və digərlərinin elmi məruzələri dinlənilib, müzakirələr aparılıb.

Sonra seminar öz işini üç bölmədə davam etdirib.

 

Aynurə M. Cəfərova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !