Lənkəranda şəhid ailələri və Qarabağ qaziləri ilə məktəblilərin görüşü keçirilib - + FOTOLAR (AZpress.AZ, B.Ağaddin)

Lənkəranda şəhid ailələri və Qarabağ qaziləri ilə məktəblilərin görüşü keçirilib + FOTOLAR (AZpress.AZ, B.Ağaddin)

 AZpress.AZ xəbər verir ki, iyunun 7-də “Yayım” Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ savaşında əlil olan qazilərimizin tanınması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində Lənkəran rayonunun şəhid Ədalət Hüseynov adına Vilvan kənd tam orta məktəbində Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələ üzvləri ilə görüş keçirilib.

Tədbirdən öncə şəhid Ədalət Hüseynovun məktəbin foyesindəki büstünün önünə tər çiçəklər düzülüb.
Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan görüşü giriş sözü ilə açan məktəbin direktoru Əliniyaz Ağayev iştirakçıları salamlayaraq, məktəb kollektivi adından “Yayım” Assosiasiyasına və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib. Sonra “Yayım” Assosiasiyasının prezidenti Yaşar Zeynalov icra olunan layihənin əhəmiyyəti və məqsədi barədə məlumat verərək görüşdə iştirak edən Qarabağ qazilərini iştirakçılara təqdim edib.
Qarabağ veretanlarından Malik Əhədov, Zəki Əhədli, İlkin Əkbərov və digərləri çıxışlarında müharibə xatirələrindən danışaraq gənclərə tövsiyələrini veriblər.

Daha sonra Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı mütəxəssisi Cəmil Axundzadə, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədr müavini, yazıçı-publisist Ağamir Cavadov çıxış edərək gəncləri Vətəni sevməyə, onun uğrunda mübarizəyə həmişə hazır olmağa çağırıblar.

Sonda məktəblilərin ifasında vətənpərvərlik mözusunda ədəbi-bədii kompozisiya təqdim olunub.

Görüşdə iştirakçılara vətənpərvərlik ruhunda qələmə alınmış 100-ə yaxın bədii –publisistik kitab, dəftərçə, qələm hədiyyə edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )