“Sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinin dəstəklənməsi” adlı layihənin təqdimatı keçirildi - (+FOTOLAR)

“Sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinin dəstəklənməsi” adlı layihənin təqdimatı keçirildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 08.06.2019-cu il tarixdə Zərdab Rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gəncliyə Dəstək” ictimai birliyi tərəfindən icra olunan “Sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinin dəstəklənməsi”adlı layihənin təqdimatı baş tutdu.

Layihə barədə layihənin rəhbəri Eldar Xəlilov geniş məlumat verdi. Sonra təşkilatın üzvü Şəhriyar Şükürzadə hazırlanmış videoçarx vasitəsilə layihə barədə, təşkilat və donar barədə məlumatlar verdi və yaradılmış Səlis proqramı haqqında geniş bilgilər verdi.

Tədbirdə iştirak edən rəsmi qonaqlar Kamil Məmmədov-Zərtdab RİH-nin məsul işçisi, İlkin Əliyev- Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi, Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, Ləman Səfərəliyeva- Ailə Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zərdab Uşaq və Ailələrə dəstək Mərkəzinin direktoru çıxşlar etdilər, layihənin əhəmiyyətindən danışdılar. Daha sonra ekspert və təlimçi sosial xidmət sahəsində könüllülük fəaliyyətini dəstəklənməsimovzusu barədə çıxışlar etdilər.

Tədbirdə 50 nəfər iştirak edirdi. İştirakçılara bukletlər və dəftərxana materialları paylandı və cay-kofe fasiləsi oldu. Sonda layihə rəhbəri Zərdab rayonunda 2 günlük təlimin və praktik fəaliyyətin keçiriləcəyini və bu tədbirlərdə gənclərin fəal olmasını bildirdi.

 

 Eldar Xəlilov

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )