YUĞ Dövlət Teatrı “Novruz” Festivalında çıxış edib - (+FOTOLAR)

YUĞ Dövlət Teatrı “Novruz” Festivalında çıxış edib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət YUĞ Teatrının kollektivi Tatarıstandan səfərdən qayıdıb. Teatr, Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən “Novruz” türk dilli xalqların teatr festivalında iştirak edib.

YUĞ Teatrı beynəxlalq festivalda Azərbaycanı R.Akutaqavanın “Cəngəllikdə” əsəri əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” tamaşası ilə təmsil edib.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqisi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadədir.
Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov çıxış edirlər.

1-8 iyun tarixlərində Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrının təşkilatçılığı ilə keçirilən XIV Novruz festivalının proqramına Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Rusiyanın teatr kollektivlərinin tamaşaları daxil olub. Festivalda Rumıniyanın Nottara teatrı da Molyer və Bulqakovun əsərləri əsasında hazırlanmış “Molyer” tamaşası ilə xüsusi qonaq kimi iştirak edib.

Proqrama əsasən, YUĞ Dövlət Teatrı 5 iyun tarixində, yerli vaxtla saat 18.30-da K.Tinçurin adına Tatarıstan Dövlət Dram və Komediya Teatrının səhnəsində çıxış edib. Azərbaycan teatrının tamaşası həm mütəxəsəssislər, həm də tamaşaçılar tərəfindən müsbət qarşılanıb. YUĞ Teatrı festival iştirakına görə diplomla və Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının fəxri fərmanı ilə təltif edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )