Uşaqlarını oxuda bilməyən atanın hekayəsi - (+VİDEO)

Uşaqlarını oxuda bilməyən atanın hekayəsi (+VİDEO)

 "İstəyirəm uşaqlarım sabah mənim günümə düşməsin, amma oxuda bilmirəm", bu sözləri Qusarın Sudur kəndində kirayə evdə yaşayan Mövlan Qasımov deyir.

Mövlan Qasımov və iki azyaşlı uşağı naxırçılıq edərək, ailənin dolanışığını təmin edirlər.

Bu ailədə bir neçə uşaq imkansızlığa görə təhsildən məhrum qalıb...

Mövlan Qasımov imkansızlıqdan 5-ci uşağını dünyaya gətirməsi üçün həyat yoldaşını xəstəxanaya apara bilmir.

Uşaq ev şəraitində doğulduğu üçün ona 2 ildir sənəd ala bilmirlər.

Azərbaycan qanunvericiliyinə görə isə, şəxs 6 aydan çox yaşadığı ərazidə qeydiyyata düşməlidir.

Vəkil Emin İsayev deyir ki, doğum şəhadətnaməsi üçün xəstəxana sənədi gərəklidir, bu olmadığı halda ailə məhkəməyə müraciət edərək faktı təsdiqlətməlidir.

Ailə dövlətdən ünvanlı sosial yardım da istəyir.

Əmək və halinin Sosial Müdafiəsi Nazirliyi deyir ki, vətəndaşın sənədlərində hansısa problemi olarsa, bunu sosial yardım sistemi ilə bağlaması düzgün və obyektiv deyil.

Vətəndaşlar təmsil etdikləri ailələrin sosial yardım almaq hüququna baxılması üçün yalnız bir sənəd - ailəni təmsil etmələri barədə notarial qaydada təsdiq edilmiş ərizə ilə internet bağlantısı olan istənilən nöqtədən e-xidməti vasitəsilə müraciət edə bilər, qurum deyir.

Amma bu zaman onun digər sənədləri qaydasında olmalıdır

"Ailələr maddi çətinlikləri olduğu halda, özünüməşğulluq proqramçına müraciət edə, bu proqramın yaratdığı imkanlardan istifadə edərək, öz ailə təsərrüfatlarını yarada bilərlər", nazirlik BBC News Azərbaycancaya deyib.

 

Günel Səfərova, Cəmilə İbrahimova
BBC News Azərbaycanca, Qusar

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !