Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edir -

Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edir

Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edir.
Dövlət başçısının təşəbbüskarı olduğu insan kapitalınını inkişafı konsepsiyasına uyğun olaraq gənclərin hərtərəfli inkişafı məqsədilə dövlət proqramları həyata keçirilir. Bu sırada gənclərin təhsilinin artırılması imkanlarının genişləndirilməsi əsas yer tutur. Gənclərin təhsilli və savadlı yetişməsi ölkə başçısının xüsusi önəm verdiyi istiqamətlərdəndir və keyfiyyətli təhsilin gənclər üçün əlçatan olması, istedadlı və sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi istiqamətində çoxsaylı imkanlar yaradılmışdır. Cənab Prezidentin göstərişi ilə Gənclər Fondu tərəfindən ötən ay “Gənclərin Xaricdə Təhsil Proqramı”na başlanılıb. Bu fəaliyyətin davamı olaraq, dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqə üçün ərizə qəbuluna bü gündən start verilir.
Ötən il ölkənin 31 ali dövlət təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları müsabiqə əsasında Gənclər Fondu tərəfindən qarşılanıb. Bu il müsabiqədə iştirak etmək istəyənlər Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Gənclər Fonduna göndərməlidirlər.
Müsabiqə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürülür. Maliyyələşmə 2018-2019 və 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.
Aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:
• Milli qəhrəman övladları;
• I, II qrup əlil gənclər (2018/19-cu tədris ili üçün) və III qrup əlil gənclər
• Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;
• I qrup əlil valideyni olan gənclər;
• Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;
• Aztəminatlı ailədən olan gənclər.
Müraciətlər 19 iyul 2019-cu il saat 18:00-dək qəbul ediləcək. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaq.
Müsabiqəyə Fondun rəsmi saytında qeyd edilmiş 31 dövlət Ali təhsil müəssisəsinin və onların filliallarında, əlavə olaraq bu il üçün nəzərdə tutulmuş 54 dövlət orta-ixtisas təhsili müəssisəsinin əyani/qiyabi təhsil alma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər.
Gənclər Fondu gəncləri müsabiqədə fəal iştirak etməyə və dövlət tərəfindən yaradılmış bu müstəsna imkandan yararlanmağa dəvət edir!
 

 

                                                                             ***

 

1. Bakı Dövlət Universiteti
• Bakı Dövlət Universitetinin Qazax filialı
2. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
3. Azərbaycan Texniki Universiteti
4. Azərbaycan Dövlət İqtisad Universiteti
• Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı
• Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı
5. Azərbaycan Dövlət Pedaqoji Universiteti
• Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcəbədi filialı
• Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı
• Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı
• Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı
• Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
6. Azərbaycan Memarlıq və İnşaat Universiteti
7. Bakı Slavyan Universiteti
8. Azərbaycan Dillər Universiteti
9. Bakı Mühəndislik Universiteti
10. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
11. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
12. Sumqayıt Dövlət Universiteti
13. Lənkəran Dövlət Universiteti
14. Gəncə Dövlət Universiteti
15. Azərbaycan Texnologiya Universiteti
16. Mingəçevir Dövlət Universiteti
17. Naxçıvan Dövlət Universiteti
18. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
19. Azərbaycan Milli Konservatoriyası
20. Naxçıvan Müəllimlər İnstitutu
21. Azərbaycan Tibb Universiteti
22. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
23. Azərbaycan Dövlət Aqrar Universiteti
24. Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası
25. Azərbaycan Dövlət Dəniz Akademiyası
26. Milli Aviasiya Akademiyası
27. “ADA” Universiteti
28. Bakı Ali Neft Məktəbi
29. Azərbaycan Turizm və Menecment Universiteti
30. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
31. İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

 

                                                                             ***

 

1. 1№-li Bakı Tibb Kolleci
2. 2№-li Bakı Tibb Kolleci
3. Ağcabədi Pedaqoji Kolleci
4. Ağdam Dövlət Sosial İqtisadi Kolleci
5. Ağdam Musiqi Kolleci
6. Ağdaş Dövlət Humanitar Kolleci
7. Astara Pedaqoji Kolleci
8. Azərbaycan Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci
9. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad
Kolleci
10.Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində Bakı Neft-Energetika
Kolleci
11.Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji
Kolleci
12.Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kolleci
13.Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci
14.Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci
15.Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci
16.Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kolleci
17.Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci
18.Bakı Dövlət Sosial İqtisadi Kolleci
19.Bakı Humanitar Kolleci
20.Bakı İdarəetmə və Texnologiya Kolleci
21.Bakı Qida Sənayesi Kolleci
22.Bakı Xoreoqrafiya Kolleci
23.Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci
24.Cəlilabad Tibb Kolleci
25.Gəncə Dövlət Regional Kolleci
26.Gəncə Musiqi Kolleci
27.Gəncə Tibb Kolleci
28.Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci
29.İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci
30.Lənkəran Dövlət Humanitar Kolleci
31.Lənkəran Tibb Kolleci
32.Masallı Dövlət Regional Kolleci
33.Mingəçevir Tibb Kolleci
34.Mingəçevir Turizm Kolleci
35.Naxçıvan Dövlət Texniki Kolleci
36.Naxçıvan Musiqi Kolleci
37.Naxçıvan Polis Məktəbi
38.Naxçıvan Tibb Kolleci
39.Qazax Dövlət Sosial İqtisadi Kolleci
40.Quba Dövlət Sosial İqtisadi Kolleci
41.Quba Tibb Kolleci
42.Saatlı Tibb Kolleci
43.Sabirabad Dövlət Sosial İqtisadi Kolleci
44.Şamaxı Dövlət Regional Kolleci
45.Şəki Dövlət Regional Kolleci
46.Şəki Dövlət Texniki Kolleci
47.Şəki Tibb Kolleci
48.Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci
49.Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kolleci
50.Sumqayıt Musiqi Kolleci
51.Sumqayıt Tibb Kolleci
52.Şuşa Humanitar Kolleci
53.Tovuz Dövlət Sosial İqtisadi Kolleci
54.Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )