Narçılıq Kooperativinin Yaradılması Mövzusunda Görüş -

Narçılıq Kooperativinin Yaradılması Mövzusunda Görüş

AZpress.AZ xəbər verir ki, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Yusif Axundov, Avropa İttifaqının “Regional inkişafa dəstək” layihəsinin ekspertləri Dario Caccamisi və Elçin Atababayev, Göyçay DAİM-in direktoru Elçin İsmayılov, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Akif Abbasov və Göyçay rayon İcra Hakimiyyətinin sosial-iqtisadi şöbəsinin müdür müavini Mahir Məlikov arasında Göyçay rayonunda narçılıq kooperativinin yaradılması mövzusunda görüş keçirilmişdir. Görüşdə kooperativin işləmə mexanizmi, kooperativlər daxilində əməkdaşlıq formaları müzakirə edilmiş, müzakirələr nəticəsində belə qənaətə gəlinmişdir ki, ilk olaraq Göyçay rayonunun Bığır kəndində kooperativ sahəsində maarifləndirmə apararaq pilot kooperativ layihəsinə 20 kiçik fermer cəlb edilsin. Kooperativin əsas məqsədi nar istehsalının maya dəyərinin aşağı salınması, məhsuldarlığın artırılıması və satış həcminin yüksəldilməsi vasitəsi ilə narçı fermerlərin rifahının artırılmasına şərait yaratmaqdır. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !