Yeni Nəsil sahibkarlar üçün biznesin inkişafı davam edir - (+FOTOLAR)

“Yeni Nəsil” sahibkarlar üçün biznesin inkişafı davam edir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən “Coca-Cola” Fondunun əsas dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə həyata keçirilən “New Generation” layihəsinin “Mentorluq və Biznesin İnkişafı” mərhələsi üzrə fəaliyyətlər davam edir.

2018-ci ilin Noyabr ayında start götürən “New Generation” layihəsi ümumilikdə 4 iqtisadi regionu (Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala və Gəncə-Qazax) əhatə edir. Hal-hazırda ilk 2 mərhələdə iştirak etmiş gənclər “New Generation” layihəsinin III mərhələsi olan “Mentorluq və Biznesin İnkişafı” mərhələsinə keçid alıb. Aprel ayından başlamış olan bu mərhələdə iştirakçılar ilk öncə “face-to-face” görüşlərdə iştirak edib. Daha sonra isə onlar Təhsil Nazirliyinin, SƏBA ASC, AzGranata MMC, “P&G”, “INNOLAND” Akselerasiya Mərkəzi, “Yello Advertising”, “Interno”, “Tech Academy”, “The Office”, “Matrix Training Center”, “Cafe Nina Baku” və digər tərəfdaşların dəstəyi ilə bir çox təlim və vörkşoplara qatılıb. İştirakçılar vergi və hüquq, biznes model kanvas, marketinq, satış, təqdimat bacarıqları, rəqəmsal marketinq, komanda quruculuğu, brendinq kimi info-sessiya və vörkşoplarda iştirak edərək yeni bilik və təcrübələrə yiyələnib. Həmçinin iştirakçılar və digər startapçı gənclər üçün proqramlaşdırma mütəxəssislərinin də iştirak etdiyi “Team Fishing” görüşü təşkil olunub. Keçirilən təlim və görüşlərdə ümumilikdə 200-dən çox gənc sahibkar əhatə edilib. “Mentorluq və Biznesin İnkişafı” mərhələlərini yekunlaşdırdıqdan sonra artıq startapçı komandalar “New Generation” layihəsinin yekun mərhələsi olan Pitçinq mərhələsində münsiflər heyəti qarşısında layihələrini təqdim edərək 35000 AZN-dək investisiyadan yararlana biləcək.

Eyni zamanda layihə iştirakçıları “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən qurulmuş onlayn mentorluq platforması ilə müxtəlif sahələr üzrə mütəxəssis olan mentorlarla onlayn video və səsli zənglər etmiş, bir neçə dəfə görüşlər keçirərək öz bizneslərinin inkişafı üçün faydalı məsləhət və dəstək alıb.

 

Sahib A. Gülməmmədov

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !