Sumqayıtda uşaqlarda sağlam həyat tərzinin və sanitar-ekoloji mədəniyyətin inkişaf etdirilməsi üçün intellektual oyun keçirilmişdir - (+FOTOLAR)

Sumqayıtda uşaqlarda sağlam həyat tərzinin və sanitar-ekoloji mədəniyyətin inkişaf etdirilməsi üçün intellektual oyun keçirilmişdir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sumqayıt şəhər orta ümumtəhsil məktəblərində uşaqların sağlamlığının qorunmasına və sanitar-ekoloji mədəniyyətin formalaşmasına xidmət edən tədbirlərin təşkili” layihəsi çərçivəsində sağlamlığın qorunmasına və sanitar-ekoloji mədəniyyətin formalaşmasına xidmət edən“İntellektual oyun”təşkil olunmuşdur. Qeyd edək ki, bu layihənin əsas məqsədi Sumqayıt şəhər orta ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri arasında uşaqların sağlamlığının qorunması və möhkəmləndiirlməsi üçün sağlam həyat tərzinin və sanitar-ekoloji mədəniyyətin formalaşmasına xidmət edən maarifləndirmə işinin təşkilidir.Layihə çərçivəsində sağlam həyat tərzinin rolu, düzgün və sağlam qidalanma, idman, təmiz hava, su, günəş və s., həmçinin sanitar-ekoloji qaydalar, bu qaydaların pozulmasının sağlamlığa təsiri və digər məsələlər üzrə maarifləndirmə işləri uşaqların sağlamlığının qorunmasına gətirib çıxaracaq.

Layihə çərçivəsində iyun ayının 11-də Potensial SMB-də Sumqayıt şəhər orta ümumtəhsil məktəblərinin fakultativ məşğələlərindən seçilmiş 20 nəfər uşaq arasında intellektual oyun təşkil olunmuşdur. 5 nəfərdən ibarət 4 qrupda sağlam həyat tərzi və sanitar-ekoloji mədəniyyətlə bağlı bilik yarışı keçirilmişdir. Suallara düzgün cavab verən şagirdlər arasınan qaliblər müəyyən edilmiş və mükafatlandırılmışdır. İştirakçıların hamısına fəxri fərmanlar hədiyyələr təqdim edilmişdir. “İntellektual oyunu” Birliyin təlimçisi Rauf Əliyev tərəfindən aparılmışdır.Aparılan “İntellektual oyunu”da uşaqların sağlamlığının qorunmasında sağlam həyat tərzinin rolu, düzgün və sağlam qidalanma, idman, gündəlik rejim, pis və zərərli vərdişlər, təmiz hava, su, günəş və s., həmçinin sanitar-ekoloji qaydalar, bu qaydaların pozulmasının sağlamlığa təsiri və s. kimi suallar verilmişdir Ekoloji təhsil və maarifləndirmə ilə bağlı keçirilən “İntellektual oyunu”iştirakçıların böyük marağına səbəb oldu.

“İntellektual oyunu”da hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək biliyini, düşüncələrini və rəylərini sərbəst ifadə edə bilmişdir.

Pоtеnsial Sumqayıt Mütəхəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qеyri-hökumət təşkilatı kimi rəsmi dövlət qеydiyyatına alınmışdır. Birlik 1999-cu ildən beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamış və onların dəstəyi ilə Sumqayıt şəhəri və ölkənin digər regionlarında 40 dan çox layihə icra etmişdir.

 

Layihə rəhbəri- Sahib Fərzəliyev

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !