AzTU-da yay imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub - (+FOTOLAR)

AzTU-da yay imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, iyunun 11-də Azərbaycan Texniki Universitetində (AzTU) yay imtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediatur təşkil edilib. Mediaturda universitetin İctimai Şurasının üzvləri, valideynlər və KİV nümayəndələri iştirak ediblər.

İştirakçılar  universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumatlandırılıblar.

AzTU-nun prorektoru, professor İsa Xəlilov bildirib ki, universitetdə imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir. Prorektor qeyd edib ki, universitetdə bütün məsələlər. Elektron Universitet Portal vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri həmin sistemdə qeydə alınır. Test imtahanlarında tələbə nəticələrini cavabları təsdiq etdikdən sonra kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır.

Professor İsa Xəlilov imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyasının təşkil olunduğunu bildirib. Bu komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir.

Qeyd edilib ki, AzTU-da yay imtahan sessiyasında 6074 nəfər tələbə iştirak edir. Bunlardan 5100 nəfəri bakalavr əyani, 260 nəfəri bakalavr qiyabi, 320 nəfəri magistr, 93 nəfəri əcnəbi tələbə, 282 nəfəri isə V tədris ilinə qalanlardır. Universitetin SABAH qruplarından builki imtahanlarda 19 tələbə iştirak edəcək. İmtahanların 25%-i yazılı, 75%-i isə test üsulu ilə keçiriləcəkdir.

Sonda təhsil ekspertləri, media nümayəndələri  və valideynlər universitetin “Heydər Əliyev” mərkəzində toplanıblar. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !