Biz də jurnalist fəaliyyəti ni yasaqlayaq - - Azər Həsrət yazır..

Biz də “jurnalist fəaliyyəti”ni yasaqlayaq - Azər Həsrət yazır..

Almaniyada yeni qanun layihəsi təklif edilib. Bu layihə xüsusi xidmət orqanlarının jurnalistləri güdməsini qanuna mindirəcək. Hazırkı qanunlara görə, ölkədə keşişlərin, vəkillərin, həkimlərin və deputatların, həmçinin jurnalistlərin xüsusi texnologiyalardan istifadə edilməklə izlənilməsi yasaqdır. Lakin yeni qanun layihəsi qəbul edilərsə, jurnalistlərin adı bu siyahıdan çıxarılacaq və gərək olduğu zaman xüsusi xidmət orqanları hətta onların işlətdiyi kompüter və bənzər qurğulara dinləmə-izləmə əlavələri edə biləcək. Təbii ki, bu iş gizli həyata keçiriləcək və qanuni sayılacaq…

Bu xəbər dəhşətlidir. Azad qitənin azad jurnalistikası üçün olduqca qorxuncdur. Həm də Almaniya kimi bir ölkə üçün heç qəbuledilən deyil.

 

Lakin daha əcaib xəbər bundan öncə Polşadan gəlib. “Gazeta Powiatowa” adlı kiçik bir bölgə qəzetinin Anna Vilk adlı jurnalisti məhkəməyə çəkilib, cəzaya məhkum edilib. Cəza deyəndə, 1800 ABŞ dolları cərimə ödəyəcək. Adi bir xəbərdir əslində. Adi olmayan cəzanın digər hissəsidir. Məhkəmə jurnalisti həm də 3 il müddətinə mediada işləməkdən məhrum edib. Yəni Anna bundan sonrakı 3 il ərzində jurnalist kimi fəaliyyət göstərə bilməz. Məhkəmə onun bu işinə rəsmən yasaq qoyub. Səbəbsə odur ki, jurnalist bir şirkətin işçisinin intiharı haqqında yazıb. Şirkət iddia edib ki, bu xəbər əsassızdır. Yəni bu qədər sadə bir məsələ və jurnalist 3 illik yasaq qazanmış olub…

 

Hər iki xəbər diqqətimizi niyə çəkdi? Birinci xəbər ona görə diqqət çəkir ki, Almaniya kimi iddialı və ad çıxarmış demokratik – azad ölkə qanunla jurnalistlərin izlənilməsinə yol açır. Bunu bir 3-cü dünya ölkəsi etsəydi, anlamaq çətin olmazdı. Lakin Almaniya? Anlamaq çətindir, üstəlik də Qərb demokratiyası haqqında şübhələrimizin haqlı olduğu bir daha özünü təsdiq edir.

 

Polşadakı jurnalistə yasaq qoyma isə bizim üçün maraqlıdır. O baxımdan ki, şəxsən mən də son bir neçə ildə dəfələrlə təklif etmişəm ki, Azərbaycanda belə bir təcrübədən istifadə edilsin. Düzdür, hələ ki, bu təklifimə ciddi dəstək ala bilmirəm, lakin vaz da keçmirəm. Sadəcə olaraq biz bu yasağın xalq arasında “reket” deyilən “jurnalistlərə” tətbiq edilməsini təklif edirik. Söhbət jurnalistikadan sui-istifadə edən, bu ad altında bizim çox müqəddəs peşəmizi gözdən salanlardan gedir. Əgər elə adamlar ifşa edildikləri zaman jurnalistikayla məşğul olmaları yasaqlansa, biz bu sahəni əməlli-başlı təmizləyə bilərik.

 

Yeri gəlmişkən onu da qeyd edim ki, yasaqlama əməliyyatı başqa sahələrdə də var. Örnək üçün, sürücülərin sürücülük hüququndan məhrum edilməsi geniş yayılmış praktikadır. Bir sürücü öz peşəsini düzgün yerinə yetirmir və cəmiyyət üçün təhlükəli birinə çevrilirsə, onun maşın sürməsi yasaqlanır. Belə olan halda bir şəxsin jurnalistikadan istifadəsi də cəmiyyət üçün zərərlidirsə, niyə ona yasaq tətbiq edilməsin?

Bu günədək bəzən deyirdilər ki, Azərbaycan belə bir yasaq tətbiq edərsə, bizi tənqid edərlər. İndi buyurun, Avropa Birliyinin üzvü olan bir ölkədə – Polşada ən adi bir hala görə jurnalistə 3 illik yasaq qoyulur. Niyə yer yerindən oynamır? Niyə dünya ayağa qalxmır? Ona görə ki, bu hadisə Avropa Birliyi ölkəsində baş verir?

Məsələnin səbəblərini və ona verilən reaksiyanı bir yana qoyub təkrar təflifimizi dilə gətirmək istərdik. Azərbaycan da Polşa kimi jurnalistikayla məşğul olmanı yasaqlamaq üçün qanunverici bazanı formalaşdırarsa işin xeyrinə olardı. Onda biz o “reket”lərdən daha rahat şəkildə yaxa qurtara bilərdik… 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !