Şuranın dəstəyi ilə Qusarda cüdo üzrə turnir keçirilib - (+FOTOLAR)

Şuranın dəstəyi ilə Qusarda cüdo üzrə turnir keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi yeniyetmə və gənclər arasında vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, hərb sənətinin və hərb tariximizin təbliği məqsədilə “Hər şey vətən üçün!” gənclərin vətənpərvərlik festivalı” adlı layihə çərçivəsində Qusar rayonunda cüdo üzrə turnir keçirib.

Rəsmi hissədə çıxış edən layihə rəhbəri Ramin Mahmudov bildirib ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında şanlı hərb tariximizin, sərkərdələrimizin, ordu quruculuğumuzun təbliği, milli qəhrəmanlarımızın tanıdılmasına nail olmaq, eləcə də hərbi taktika, strategiya, döyüş hazırlığı kimi vərdişləri müxtəlif oyunlar vasitəsilə gənclərə aşılamaqdır. Natiq onu da bildirib ki, 3 ay davam edəcək layihədə ümumilikdə 300 nəfərə yaxın gəncin iştirakı nəzərdə tutulub.

Tədbirdə iştirak edən cüdo federasiyasının şimal bölgəsi üzrə nümayəndəsi Cərulla Şinqarov layihənini keçirilməsi üçün Qusar rayonunu seçdiklərinə görə təşkilatçılara təşəkkürünü bildirib, idmanın inkişafında, gənc nəslin yetişməsində bu kimi tədbirlərin əhəmiyyətini vurğlayıb.

Rəsmi hissədən sonra ümumilikdə Quba, Şabran və Qusar rayonlarını təmsil edən cüdoçuların iştirakı ilə 10 çəki dərəcəsində turnirə start verilib.

Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən medal və diplomlarla təltif ediliblər.

Turnirdə iştirak edən 50 nəfər gəncin hər birinə layihə çərçivəsində hazırlanmış bukletlər və Azərbaycanın hərb tarixinə aid məlumat kitabçaları paylanılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !