Fizika institutunun gənc alimləri Saatlı məktəbliləri ilə görüşüblər - (+FOTOLAR)

Fizika institutunun gənc alimləri Saatlı məktəbliləri ilə görüşüblər (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) Saatlıda ezamiyyətda olublar. Ezamiyyətdə məqsəd rayonun məktəbliləri ilə gənc alimlərin görüşünü təşkil etmək, onlarda fizika elminə maraq yaratmaq və Fizika İnstitutunun fəaliyyəti, burada aparılan tədqiqatlar haqqında məktəbliləri tanış etmək olub. Görüş Saatlı rayonu 4 saylı tam orta məktəbdə təşkil olunub.

Tədbiri giriş sözü ilə rayonun İcra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin məsləhətçisi Elşən Əzizov açıb. O,gənc alimlərlə şagirdlərin görüşünün faydasından bəhs edib.
Görüş GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədovanın çıxışı ilə davam edib. O, yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib. Ü.Səmədova təcrübələr haqqında məktəblilərə məlumat verib. Gündəlik həyatdabaş verən bir çox hadisələrin fizika elmi ilə əlaqəsinin olduğunu vurğulayıb. Qeyd edib ki, fizika elmini öyrənməklə ətraf aləmdə olan bir sıra faktları və hadisələri dərindən öyrənmək mümkündür. Ü.Səmədova Fizika İnstitutunda magistratura pilləsinin fəaliyyət göstərdiyini, gələcəkdə məktəblilərin təhsilini burada davam etdirmək imkanlarının olduğundan bəhs edib.

Sonda Şura üzvləri məktəblilər qarşısında çıxış ediblər, onlara müxtəlif elmi təcrübələr nümayiş etdiriblər.

Elmi təcrübələr şagirdlər tərəfindən maraqla qarşılanıb, təcrübələrin geniş izahı verilib, suallar cavablandırılıb.

 

Məryəm Rafaelqızı

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !