Ukraynalı qadınlara 2-3 min manatlıq iş təklifi... - (+FOTOLAR)

Ukraynalı qadınlara 2-3 min manatlıq iş təklifi... (+FOTOLAR)

Ukrayna vətəndaşlarına Bakıda işləmək üçün yüksək maaşlı işlər təklif olunur.


Yeniavaz.com-un Ukraynanın populyar elan saytlarında yer alan elanlara istinadən apardığı araşdırma göstərir ki, Bakıda işləmək istəyən Ukrayna vətəndaşlarına 1000 dollardan yüksək əmək haqqı təklif olunur.


Ukraynanın məşhur elan saytlarından olan "ua.jooble.org" saytında yer alan elanların birində göstərilir ki, Bakıda yaşayan ailələrin biri 35 yaşına kimi qadın ofisiant axtarır və ayda əmək haqqı olaraq 1000 avro (təxminən 2000 manat) təklif olunur.


Elanda bildirilir ki, həmin şəxs işçilər üçün nəzərdə tutulan evdə qalacaq və həftədə 6 gün, saat 9:00-dan 18-00-dək işləyəcək.


Başqa bir elanda isə göstərilir ki, Bakıda yaşayan rusdilli bir ailə uşaqları üçün dayə axtarır və bunun üçün 2000 dollar (3400 manat) əmək haqqı təklif edir. Bundan başqa dayənin yemək və mənzil xərclərini də həmin ailə qarşılayacaq. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )