Akademiya sosial istiqamətdə fəaliyyətini davam etdirir - (+FOTOLAR)

Akademiya sosial istiqamətdə fəaliyyətini davam etdirir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının İşlər idarəsi və AMEA Azad Həmkarlar İttifaqının (AHİ) birgə toplantısı keçirilib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olan tədbirdə AHİ-nin sədri, hüquq elmləri doktoru Habil Qurbanov,AMEA İşlər idarəsinin müdir müavini Sərdar Əliyev, akademiyanın elmi müəssisə və təşkilatlarının ümumi işlər üzrə direktor müavinləri və həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbiri AHİ-nin sədri Habil Qurbanov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Müzakirə olunacaq mövzular barədə məlumat verən Habil Qurbanov AMEA əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirildiyini bildirib.

Birgə toplantıda AMEA İşlər idarəsinin müdir müavini Sərdar Əliyev çıxış edərək Akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən bəhs edib. Əməkdaşların səmərəli istirahətinin təşkil edilməsi məqsədilə göstərilən sosial yönümlü fəaliyyət barədə geniş nitqlə çıxış edən Sərdar Əliyev bununla bağlı artıq reallaşdırılmış və perspektivdə duran məsələlər barədə iştirakçıları məlumatlandırıb.

AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından AMEA əməkdaşlarının təsərrüfat fəaliyyəti üçün torpaq sahəsinin ayrıldığını bildirən S.Əliyev bu məqsədlə xüsusi komissiyanın yaradıldığını, ərazidə xəritələmə və sahə bölgüsünün, eləcə də torpaq sahəsinə qədər olan yollarda təmir işlərinin aparıldığını söyləyib. Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün nəzərdə tutulan torpaq sahələrinin bölgüsünün müraciətlər əsasında aparıldığınıdeyən idarə rəsmisi torpağın iki il müddətinə verilməsininvə səmərəli istifadə ediləcəyi təqdirdə müqavilə müddətininuzadılacağının nəzərdə tutulduğunudiqqətə çatdırıb.

 

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !