SEYFƏDDİN QURBANOVUN MÖCÜZƏLƏRİ... - - Kərim Kərimli yazır.. (+FOTOLAR)

SEYFƏDDİN QURBANOVUN MÖCÜZƏLƏRİ... - Kərim Kərimli yazır.. (+FOTOLAR)

https://www.facebook.com/groups/458090628035596/ 

 

Bir yoldaşla şəhərdə gəzişirik. Rastımıza çıxan bir heykəli göstərib deyir ki, həmyerlimiz Seyfəddin Qurbanovun işidir. Bir azdan daha bir heykəl, sonra yenə... Deyir ki, Ukraynanın bir çox şəhərlərində onun yaratdığı abidələr ucalır. Xüsusilə də Xarkovda... Sonra daha bir abidəni göstərir, yenə də... Deyirəm, qardaş, bu şəhərdən Seyfəddin müəllimin düzəltdiyi abidələri, heykəlləri yığışdırsan şəhər bomboş görünər. Gülümsəyirik... Üzümə baxır:
- İstəyirsən sizi tanış edim, bir görüş, söhbət elə, çox maraqlı adamdır. Telefon nömrəsi var məndə...
Yenə gülümsəyirəm:
- Artıq görüşmüşəm, danışmışam, hələ əlavə də görüş təyin edib... Bu da şəkillər...
Seyfəddin Qurbanov Naxçıvanın Siyaqut kəndində doğulub. 56 yaşı var. Xarkovda yaşayır. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasında "Heykəltəraşlıq" kafedrasının müdiridir.
Ukraynanın Xalq rəssamı, Xarkov şəhərinin Fəxri vətəndaşı, professor Seyfəddin Qurbanovla onun emalatxanasında görüşdük. Maraqlı söhbət etdik. Təəssüf ki, hazırda ətraflı yazmağa vaxtım yoxdur. Güman edirəm ki, səfərdən sonra Seyfəddin müəllimin həyatı və yaradıcılığı, təklif və arzuları barədə geniş bir material hazırlamaq imkanım olacaq...

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !