Abşeron Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllü lərinə sertifikatlar verildi - (+FOTOLAR)

Abşeron Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN könüllü”lərinə sertifikatlar verildi (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN könüllü”lərinə sertifikatlar verilib. Tədbirdə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova,
icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli və könüllülər iştirak edib.

Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsasının məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən icra başçısı qeyd edib ki, hazırda da bu idoelogiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğunu vurğulayan İ.Gülməmmədovanın sözlərinə görə, könüllülük hərəkatının inkişafından 3 tərəf bəhrələnir. “Burada 1-ci növbədə könüllü şəkildə iştirak edən şəxsin özü bəhrələnir. O, çalışdığı sahədə böyük təcrübələr əldə edir, özü üçün yeni strategiyalar müəyyənləşdirir. Könüllülük fəaliyyəti onların fərdi inkişafına təsir edir və gələcək kadr kimi formalaşdırır. Bu zaman əldə etdiyi biliklər və təcrübələr iş yeri tapmasında və çalışdığı müddətdə yardımçısı olur. 2-ci bir tərəf isə müəssisənin özüdür. Müəssisə gündəlik fəaliyyətinə könüllüləri əlavə etməklə özünün iş yükünü bir qədər yüngülləşdirmiş olur, gəncləri fəaliyyət sahələrinə cəlb edir. 3-cü tərəf isə vətəndaşdır. Vətəndaş müəssisəyə yaxınlaşdıqda onu elə qapıdaca cavan, gülərüz, işləməyə həvəsli gənc könüllününün qarşılaması, onu lazımi yönə istiqamətləndirməsi və müraciət etdiyi məsələ ilə bağlı köməklik göstərməsi vətəndaş məmnunluğu yaradır. Deməli, “könüllü + müəssisə + vətəndaş” üçbucağı nəticədə tərəflərin səmərə götürməsinə dəlalət edir. Burada başlıca rolu isə məhz könüllülər oynayır”.
Abşeron Rayon İcra Hakimiyyətində bir neçə dəfə könüllülərin fəaliyyətindən istifadə edildiyini və əvvəlki könüllülərdən artıq bir neçəsinin RİH aparatında işlə təmin olunduğunu vurğulayan İ.Gülməmmədova əlavə edib ki, bu dəfəki etapda isə 42 könüllü həm RİH aparatında, həm də rayonda fəaliyyət göstərən təşkilat və müəssisələrdə 3 ay müddətində təcrübə toplayıblar.

Sonra çıxış edən icra hakimiyyəti başçısının müavini F.Cəbrayılov, S.Məmmədli və digər çıxışçılar bildiriblər ki, təcrübə müddətində könüllülərlə
bir neçə maarifləndirici tədbirlər keçirilib, vətəndaşlarla keçirilən səyyar qəbullarda və eləcə də gündəlik iş proseslərində könüllülər aktiv şəkildə iştirak ediblər. Vurğulanıb ki, bu dəfəki könüllülər arasında Bakı Mühəndislik Universitetinin və Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin tələbələri üstünlük təşkil edir.

Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, Abşeron RİH aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.

Sonra 42 könüllüyə Abşeron RİH-i tərəfindən sertifikatlar təqdim olunub.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !