Bahəddin Həzi 1993-cü ildəki hadisələri "Vətəndaş müharibəsi" hesab edənləri qınadı.. -

Bahəddin Həzi 1993-cü ildəki hadisələri "Vətəndaş müharibəsi" hesab edənləri qınadı..

"1993-cü ildə Azərbaycan parçalanmışdı", "vətəndaş müharibəsi ərəfəsindəydi" demək qiyamçı polkovnikin və separatçı polkovnikin dövlət əleyhinə cinayətlərinə bir növ haqq qazandırmaq kimi çıxır. Yerli əhali nə Gəncədə və Gəncəbasarda qiyamçını, nə də Lənkəranda və Cənub bölgəmizdə separatçını dəstəklədi. Hansı vətəndaş müharibəsindən söhbət gedir?! Rusiya-İran -Ermənistan dəstəkli iki polkovnikin ssenariləşdirilmiş hərəkətləri idi bunlar. Çox uzaq tarix deyil ki. Şahidlər yaşayır. Ölkə parçalanmaq həddinə gəlmiş olsaydı, iraq olsun, doğrudan da, parçalanardı. Vətəndaş müharibəsi onda olur ki, vətəndaşların bir hissəsi silahlanıb o biri vətəndaş qrupunun üzərinə gedir. Burda rusların qəsdən silah bağışladığı hərbi marionetləri dövlətə baş qaldırmışdı. Bu ordunun müəyyən qruplarının xəyanəti və dövlətə qarşı cinayəti idi. Buna belə qiymət vermək lazımdır. Bu gün, Allah eləməmiş, belə bir hərbi qiyam olsa və ya separatçılıq hərəkəti olsa, onların hakimiyyətə qarşı olduğunu deyəcəyik?! Yox! Adı üstündə: dövlət əleyhinə cinayət, Vətənə xəyanət. 1993-cü ildə baş verən həmin olayları sadəcə və təkcə o zamankı hakimiyyətə qarşı ayaqlanma olduğunu demək də onların -o cinayətkar yarımhərbçilərin cinayətinə bir növ don geyindirməkdir. Elçibəy hakimiyyətini tənqid etmək istəyirsinizsə, başqa tezislər tapmaq lazımdır. İndiki tezislər həm bütövlükdə dövlətin, həm də indiki hakimiyyətin özünün əleyhinə, qiyamçıların və separatçıların lehinədir. Deyin ki, "hərbi qiyamı yatırtdıq, etnik separatçı hərəkətlərin qarşısını aldıq". Məgər bunlar kiçik şeylərdir?! Belə anlayışlarla, ifadələrlə bağlı ehtiyatlı olmaq lazımdır. Bunlar, hətta publisistikada belə qorxulu ifadələrdir, o da ola siyasi leksikon.
Bu, təbii, mənim şəxsi fikirlərimdir; yanlış ola bilər. Ancaq düşündüyümü və doğru saydığım üçün yazdım. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !