Tanınmış xarici alimlər BSU-da mühazirə oxuyublar - (+FOTO)

Tanınmış xarici alimlər BSU-da mühazirə oxuyublar (+FOTO)

 AZpress.AZ xəbər verir ki, iyunun 14-də Bakı Slavyan Universitetində (BSU) ERASMUS+ PETRA layihəsi çərçivəsində yaradılmış təlim-tədris mərkəzində Britaniya Şurasının dəstəyi ilə “CREATİVE SPARK” adlı silsilə seminarlar keçirilib. Müxtəlif mövzuları əhatə edən tədbirdə Oksford Bruks Universitetinin Beynəlxalq Turizm və Tədqiqatlar üzrə Menecment Mərkəzinin direktoru, professor Levent Altınay, Birminqam Biznes Universitetinin professoru Endrit Kromidha və Qazaxıstan Respublikasının L.N. Qumilyov adına Milli Avrasiya Universitetinin Biznes və İqtisadiyyat üzrə Qiymətləndirmə Mərkəzinin rəhbəri Almiyaş Nurmaqambetova BSU-nun professor-müəllim və tələbə heyəti qarşısında təqdimatlarla çıxış ediblər.

Məruzəçilərdən Levent Altınay Çin Xalq Respublikasında təhsil, Çin dilinin dünyada mövqeyi və bu dilə olan maraq, “Beynəlxalq İmpakt Faktor” jurnalında məqalə və tezislərin nəşr olunması qaydaları haqqında məlumat verib. Seminarın növbəti hissəsində professor Endrit Kromidha “Beynəlxalq əməkdaşlıq və yaradıcı sahibkarlıq” mövzusunda çıxış edib. O, slayd əsasında öz təcrübəsinin seminar iştirakçıları ilə bölüşüb.

Məruzəçilərdən Almiyaş Nurmaqambetova Qazaxstanda bu sahədə “Ən yaxşı yerli təcrübələrin paylaşılması” barədə təqdimat etmişdir.

Seminar çərçivəsində məruzəçilərin təqdimatları ətrafında müzakirələr aparılıb. Hər üç məruzəçinin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda xarici alimləri BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib. Görüş zamanı qonaqlar BSU-nun fəaliyyəti ilə bağlı müsbət fikirlər səsləndiriblər. Onlar belə seminarların davamlı olmasını müsbət hal kimi dəyərləndirərək yüksək səviyyəli təşkilatçılığa görə BSU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Professor Nurlana Əliyeva xarici qonaqlara Azərbaycanın mədəniyyət nümunələrinə aid hədiyyələr bağışlayıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !