Pakistanda əlamətdar günlərin şərəfinə Səfirlərin Qolf Turniri keçirilib - (+FOTOLAR)

Pakistanda əlamətdar günlərin şərəfinə “Səfirlərin Qolf Turniri” keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Pakistanda Milli Qurtuluş Günü və Azərbaycan Respublikasının Diplomatik Xidmətinin 100 illik yubileyinə həsr olunmuş golf turniri keçirilib.


Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin təşkilatçılığı ilə Pakistanda fəaliyyət göstərən bir sıra diplomatik missiyaların rəhbərləri arasında Azərbaycanın Milli Qurtuluş Günü və Azərbaycan Respublikasının Diplomatik Xidmətinin 100 illik yubileyinə həsr olunmuş “Səfirlərin Qolf Turniri” keçirilib. İslamabad şəhərində yerləşən Bahriya Golf Klubunda keçirilmiş turnirdə Pakistanda fəaliyyət göstərən 12 ölkənin səfir və diplomatik missiyaların rəhbərləri mübarizə aparıb, həmçinin Pakistanın qadınların təcavüz hallarından müdafiəsi üzrə federal müvəkkili Kaşmala Tariq, Bahriya Şəhərciyinin icraçı direktoru, ehtiyyatda olan general mayor Məhəmməd Əli Xan fəxri qonaq qismində iştirak ediblər.
Turnirin qaliblərinin mükafatlandırma mərasimində çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə 15 İyun-Milli Qurtuluş Gününün tarixi, siyasi əhəmiyyəti barədə məlumat verərək ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyin qorunub saxlandığını, Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğuna başlanıldığını, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin xaosdan xilas olduğunu, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandığını bildirib. Azərbaycan diplomatiyasının əldə etdiyi uğurları bölüşən Əli Əlizadə məhz ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu və apardığı müdrik siyasət nəticəsində müstəqil Azərbaycanın artıq bu il Diplomatik Xidmətinin 100 illik tarixi yubileyini də qeyd etdiyini bildirib və tədbirdə yüksək səviyyəli iştiraka görə diplomatik missiyaların rəhbərlərinə, səfirlərə və qonaqlara təşəkkürlərini ifadə edib.
Tədbirin fəxri qonağı Pakistanın qadınların təcavüz hallarından müdafiəsi üzrə federal müvəkkili Kaşmala Tariq və Pakistanda fəaliyyət göstərən diplomatik korpusun duayeni, səfir Atajan Movlamov çıxış edərək Azərbaycanın Milli Qurtuluş Günü və Diplomatik Xidmətinin 100 illik yubileyi tarixlərinin kəsb etdiyi önəmi vurğulayıblar, Azərbaycanın Pakistandakı Səfirliyinin təşkil etdiyi maraqlı turnirə görə təşəkkürlərini və Azərbaycan xalqının qeyd etdiyi bu əlamətdar tarixlərlə bağlı təbriklərini çatdırıblar.
Çıxışlardan sonra turnirin iştirakçılarına xatirə suvenirləri, fərqlənənlərə və qaliblərə isə müxtəlif kuboklar və xatirə hədiyyələri təqdim olunub.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !