15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunub - + FOTOLAR ( AZpress.AZ - İ.Mais)

15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunub + FOTOLAR ( AZpress.AZ - İ.Mais)

14 iyun 2019-cu il tarixdə laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar və gənclər müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, Ümummilli lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış büstünü ziyarət etmiş, Ulu Öndərə hörmət və ehtiramlarını, ümümxalq məhəbbətini nümayiş etdirərək büstün önünə tər güllər düzmüşlər.
Tarixi bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 15 iyun tarixinin xalqımızın və dövlətimizin həyatındakı əhəmiyyətindən bəhs edərək Milli Qurtuluşun Azərbaycanın yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası olduğunu, müasir tariximizin Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlandığını bildirmişdir. Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdiyini bildirən rayon rəhbəri, Azərbaycanın sürətli və dinamik inkişafının məhz Qurtuluş günü ilə başlamasını bir daha vurğulayaraq Heydər Əliyev siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışınnda xüsusilə 2016-cı ilin aprel döyüşləri zamanı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun düşmənə ciddi zərbə endirməklə min hektarlarla əzəli torpaqlarımızı işğaldan azad etməsini fəxarətlə qeyd edərək bu qələbənin bütün xlalqımızda yüksək əhval-ruhiyyə yaratdığını bildirmişdir.
Qeyd olunmuşdur ki, bütün bunlar bir daha hər birimizi qəti əmin edir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə tarixi və müqəddəs torpaqlarımıza Laçına, Şuşaya, Kəlbəcərə və digər işğaldan azad olunacaq ərazilərimizə qayıdışın iştirakçısı olacaq, növbəti Qurtuluş bayramını ata-baba yurdlarımızda qeyd edəcəyik.
Rəsmi hissədən sonra bayram konserti ilə davam edən tədbirdə tanınmış incəsənət ustalarının ifasında səsləndirilmiş Ulu öndər Heydər Əliyevə, onun şah əsəri olan müasir, müstəqil Azərbaycana həsr olunmuş mahnılar tamaşaçıların arası kəsilməyən alqışlarına səbəb olmuşdur.
Tədbir böyük atəşfəşanlıqla yekunlaşmışdır.


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !