Yumşaq güc və ağıllı siyasət - - Azər Həsrət yazır..

Yumşaq güc və ağıllı siyasət - Azər Həsrət yazır..

Son günlərin diqqət mərkəzindəki məsələlər sırasında Fransa məhkəməsinin təqdirəlayiq son addımları da var. Özü də bu addımlar olduqca əhəmiyyətlidir. O baxımdan ki, Azərbaycan təmkin və ağılla davranaraq, hay-küysüz öz haqqını həm də hüquq müstəvisində təmin edə bilir.

Bəllidir ki, Ermənistanın işğalı altındakı Azərbaycan torpağı – Qarabağdakı qondarma rejimin nəzarətindəki bəzi şəhərlərlə Fransa şəhərləri arasında dostluq – işbirliyi “xartiyaları” imzalanmışdı. Təbii, nəinki beynəlxalq hüquqa, hətta ən adi məntiqə belə zidd olan bu addım hər kəsi narahat edirdi. İlk növbədə isə Azərbaycanı.

O “xartiyalar” imzalananda Azərbaycan məsələyə olduqca təmkinli, lakin beynəlxalq normalara uyğun reaksiya vermişdi. Heç bir gərəksiz addım atılmamış, sadəcə uyğun gedişlər edilmişdi. Nəticə isə özünü çox gözlətmədi. Qeyd etdiyimiz kimi, o “xartiyalar” məhkəmə müstəvisində ləğv edildi.

Ermənistanın və ümumilikdə ermənilərin belə gözlənilməz zərbə alması artıq ondan xəbər verir ki, Azərbaycan ağıllı və savadlı gedişlərlə işğalçıya yerini göstərməkdə aciz deyil.

 

Nəzərə almaq lazımdır ki, Fransa ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün qurulmuş Minsk Qrupunun üç həmsədr ölkəsindən biridir. Belə olan halda o ölkənin tərəfsiz davranması tələb edilir. Lakin bəlli olduğu kimi Fransanın bəzi şəhərləri işğal altındakı Azərbaycan torpaqlarına nəzarət edən qondarma qurumlarla bir araya gələrək “qardaşlaşma” yolu tutmuşdular. Bizim Fransadan gözləntimiz o idi ki, bu ölkə tərəfsizliyinə kölgə düşürəcək belə gedişlərə dözümlü yanaşmasın. Az bir müddət keçdi və gözləntimiz özünü doğrultdu.

 

Maraqlıdır, erməni lobbisinin güclü olduğu Fransada belə gedişlərin baş tutması necə mümkün oldu? Necə oldu ki, hətta prezidenti belə ermənipərəst olan Fransa bu addımı atmalı oldu?

Bizcə, burada Azərbaycanın uzun illərdir səbr və təmkinlə gerçəkləşdirdiyi xarici siyasət öz rolunu oynadı. Dövlətimiz indi elə bir həddə çatıb ki, bizimlə qarşı-qarşıya gəlmək heç bir dövlətə sərf eləmir. Hətta Fransa, Almaniya, Böyük Britaniya, ABŞ kimi dövlətlər belə ara-sıra üstümüzə gəlsələr də Azərbaycanla hesablaşır, onun imkanlarını düzgün dəyərləndirirlər. Bunu, ayrıntılara varmadan deyirik…

 

Fransa məhkəməsinin son addımlarına gəlincə, burada da Azərbaycanın yumşaq güc və ağıllı siyasətinin əlamətləri açıq şəkildə gözə dəyir. Nəzərə almaq lazımdır ki, dövlətimiz o ölkəylə münasibətlərə çox önəm verir. Hətta o dərəcədə ki, ölkəyə başçılıq edən prezident Makronun açıq ermənipərəstliyi belə Fransadakı düşünən beyinlərin Azərbaycanla münasibətlərin zədələnməməsi üçün çalışmasına mane olmur. Yəni Azərbaycan artıq elə bir duruma gəlib ki, bir çox ölkələrin prezidentləri belə şəxsən bizə qarşı olduğu halda həmin ölkələrin ictimai rəyinə – qərar verənlərinə təsir imkanları qazanıb. Fransa da bu ölkələr sırasındadır.

 

Maraqlıdır ki, artıq fakt qarşısında qalmış ermənilər belə bu “xartiyaların” ləğvi ilə bağlı çox da çığır-bağır sala bilmirlər. Düzdür, onların fikir öndərləri öz hakimiyyətlərini-dövlətlərini və lobbilərini yarıtmazlıqda ittiham edir. Lakin uca səslə bütün dünyaya bağırıb haray-həşir salmağın mənasız olduğunu anlayırlar. Ona görə də bu hadisədə ənənəvi “erməni əzabkeşliyi”ni müşahidə edə bilmirik.

Bütün bunlarsa ondan xəbər verir ki, Azərbaycan mərhələ-mərhələ gücünü artırır, öz sözünü xarici ölkələrin daxili hüquq müstəvisində belə keçirə bilir. Bu isə dövlətimizin gücünün əlavə təsdiqidir.

 

Yeri gəlmişkən, Azərbaycanın belə gücə sahib olması erməni əsilli Fransa jurnalisti Gaidz Minassianı ciddi narahat edib. Bu şəxs dünyaca məşhur Fransa qəzeti “Le Monde”un onlayn versiyasının rəbhərlərindəndir. Tipik ermənidir. Azərbaycana, Türkiyəyə və ümumiyyətlə dünya türklərinə açıq nifrətilə seçilir. Tez-tez Ermənistana səfər edir. 2016-cı ilin məlum aprel döyüşləri zamanı Azərbaycana qarşı qaralama kampaniyasının önündə gedənlərdən biridir. Əlbəttə, “Le Monde” qəzetinin imkanlarından sui-istifadəsi də diqqətimizdən qaçmır. İndi bu Minassian da Azərbaycanın Fransa məhkəməsindəki üstünlüyünü əsas tutaraq ermənilər üçün həyəcan təbili çalır. Bu adam erməni dövlətini və diasporunu tənqid edir ki, Azərbaycana uduzurlar. Bu yolla da dövlətimizin getdikcə genişlənən nüfuzunu həm etiraf edir, həm də narahatlığını büruzə verir. Belə olan halda təkrar əmin oluruq ki, doğru yoldayıq, Avropa insanıyla onların öz dilində-üslubunda danışa bilirik.

 

Azərbaycanın bənzər uğurları bir daha onu göstərir ki, xarici siyasətimizin düzgünlüyü haqqında deyilənlər heç də sözdən ibarət deyil. Bu siyasətin uğurları konkret əməllərlə təsbit edilir və Fransa məhkəməsinin işğalçı Ermənistana yerini göstərməsi də o qəbildəndir. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )