Ağcabədi rayonunda Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib - +FOTOLAR ( AZpress.AZ - İ.Mais)

Ağcabədi rayonunda Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib +FOTOLAR ( AZpress.AZ - İ.Mais)

17 iyun 2019-cu il tarixdə Ağcabədi şəhəri “ Qızıl Saray” Şadlıq evində “17 iyun -Səhiyyə işçilərinin peşə bayramı “ münasibəti ilə ümumrayon tədbiri kecirilmişdir .
Tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin heykəlinin önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişdilər.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbir “ Qızıl Saray” Şadlıq evində davam etdirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva çıxış edərək bildirmişdir ki, 17 iyun ölkəmizdə Səhiyyə Nazirliyinin yarandığı tarixdir və bu günün səhiyyə işçilərinin peşə bayramı kimi qeyd olunması da elə bu amillə bağlıdır.1918-ci il iyunun 17-də ilk dəfə Azərbaycanda Səhiyyə Nazirliyi yaradılıb və bu sahə dövlətin idarəsinə keçmişdir. Bu qərar o zaman yenicə qurulmuş demokratik respublikanın ilk qərarlarından idi. Sovet dövründə də Azərbaycanda səhiyyə dövlətin nəzarətində olan və daimi inkişaf edən bir sahə olmuşdur.
Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il sərəncamına əsasən hər il iyunun 17-i Azərbaycan Respublikası səhiyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Ulu Öndər Heydər Əliyevin Səhiyyə sahəsinə göstərdiyi diqqət və qaygıdan bəhs edən Naibə Mustafayeva bu siyasətin bu gün də uğurla davam etdiyini bildirmişdir. Səhiyyə sahəsində yaradılan bu şəraitə və göstərilən diqqət, qayğıya görə ağcabədililər hər zaman Ölkə rəhbərinə öz minnətdarlıqlarını və təşəkkürlərini bildirirlər. Daha sonra fərqlənən səhiyyə işçilərinə Rayon İcra Hakimiyyəti Başçısının Fəxri fərmanı təqdim edilmişdir. Bayram tədbiri Ağcabədi Regional Mədəniyyət idarəsinin hazırladığı bayram konserti ilə davam etmişdir.


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )