Azərbaycanın məhkəmə-hüquq sahəsində islahatları təqdir olunur -

Azərbaycanın məhkəmə-hüquq sahəsində islahatları təqdir olunur

AZpress.AZ xəbər verir ki, bu günlərdə Türkiyənin paytaxtı Ankara şəhərində Avropa və Mərkəzi Asiya hökumətləri üçün dövlət idarəçiliyi ilə bağlı "Səmərəli, hesabatlı və inklüziv institutların yaradılması" mövzusunda regional konfrans keçirilib.
Avropa və Mərkəzi Asiya, o cümlədən Avropa İttifaqının üzv dövlətlərindən 450-yə yaxın
nümayəndənin – yüksək səviyyəli hökumət rəsmilərinin, beynəlxalq inkişaf tərəfdaşlarının, akademik sahənin, özəl sektorun və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycanı Ədliyyə nazirinin müavini Azər Cəfərov təmsil edib.
Plenar müşavirə, panel diskussiyalar, təqdimatlar, dəyirmi masa və seksiya iclasları şəklində keçirilən konfransda dövlət resurslarının idarə olunması, dövlət xidmətlərinin göstərilməsi, sahibkarlarla əməkdaşlığın və iqtisadi idarə etmənin gücləndirilməsi, elektron hökumətin perspektivləri və digər bu kimi aktual mövzular müzakirə olunub.
Tədbirdə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller, Türkiyə Respublikasının vitse-prezidenti Yılmaz Tuna və Maliyyə və Xəzinədarlıq nazirinin müavini Osman Dinçbaş giriş nitqi ilə çıxış ediblər.
S.Müller son illər Avropa və Asiya ölkələrinin idarəçiliyin gücləndirilməsi sahəsində əldə etdikləri nailiyyətlərdən danışarkən, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına xüsusi yer ayırıb, bəzi kateqoriya işlərə avtomatlaşdırılmış rejimdə baxılma sisteminin tətbiq edilməsinin əhəmiyyətini qeyd edərək, bunu həm də hakimlərə mürəkkəb işlər üçün daha çox vaxt ayırmağa imkan verən təqdirəlayiq hal kimi qiymətləndirib.
Konfransda ölkəmizlə bağlı üç mövzu üzrə, o cümlədən ədalət mühakiməsinin islahatı və bu sahədə göstərilən xidmətlərin yaxşılaşdırılması, monitorinq və qiymətləndirmə prosesi, neftçıxarma sahəsinin şəffaflığının yüksəldilməsi təcrübəsi barədə təqdimatlar keçirilib.
Aidiyyəti təqdimatda dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, məhkəmələrə əlçatanlığın artırılması, xüsusilə yeni məhkəmə infrastrukturunun və elektron məhkəmənin yaradılması üzrə görülən genişmiqyaslı işlər, bu sahədə qanunvericilikdəki mütərəqqi dəyişikliklər nümayiş etdirilib, ölkə Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı və "Mediasiya haqqında" Qanun barədə məlumat böyük maraqla qarşılanıb.
Təqdimatlardan sonra tədbir iştirakçılarının çoxsaylı sualları ətraflı cavablandırılıb. Müzakirələr zamanı Dünya Bankının rəsmiləri konfrans iştirakçılarına nümayiş etdirilən yenilikləri Azərbaycana səfər edərkən yerində müşahidə etdiklərini bildiriblər.
Tədbir çərçivəsində Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional ofisinin rəhbəri Sebastian Molineus, Türkiyə Ədliyyə nazirinin müavini Selahaddin Menteş, Gürcüstan, Qazaxıstan, Albaniya və İtaliyanın nümayəndə heyətləri ilə fikir və təcrübə mübadiləsi aparılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !