Cəmiyyət müharibə ruhunda yaşamalıdır... - - Üzeyir Cəfərov deyir..

Cəmiyyət müharibə ruhunda yaşamalıdır... - Üzeyir Cəfərov deyir..

Son günlər cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Gərginləşmə hər iki tərəfin itki verməsi ilə müşahidə olunur. Həmçinin Azərbaycan və Ermənistan ordusu ard-arda genişmiqyaslı təlimlərə start verib.

Hazırda Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə 10 min hərbçinin iştirakı ilə təlimlər keçirdiyinə dair məlumatlar yayılır. Təlimlərin davam etdiyi ərəfədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda təşkil olunacaq görüşünə ciddi hazırlıq görülür.

Belə bir məqamda hər iki tərəf kəskin müharibə bəyanatları səsləndirirlər. Zakir Həsənov da bu gün keçirdiyi mətbuat konfransında da müharibə mövzusuna geniş yer verib. Müdafiə naziri ordunu müharibəyə hazırlaşdırdığına işarə edib. Əlbəttə ki, Azərbaycan ordusu hər an müharibəyə hazırdır. Ordumuzun genişmiqyaslı müharibəyə başlamasına heç bir maneə yoxdur. Hərbi texnikamız, şəxsi heyətimiz havadarlarının silahlarına möhtac olan Ermənistan ordusundakından qat-qat çoxdur. Nazirin də dediyi kimi, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib. Silahlı Qüvvələrimiz 2016-cı ilin aprelində qarşı tərəfə layiqli cavab verib, işğal altında olan torpaqlarımızın bir hissəsini azad etmişdi.

Ümumilikdə, Azərbaycan cəmiyyəti Ordumuza güvənir və müharibənin hər an başlaya biləcəyinə əmindir.

Müşahidələr göstərir ki, bu gərginləşmə fonunda Azərbaycan cəmiyyətində müharibə əhval-ruhiyyəsi hiss olunur. Günlərdir ki, sosial şəbəkələrdə müharibə çağırışları səsləndirilir.

Azərbaycan cəmiyyəti münaqişənin tam həll olunması və torpaqlarımızın işğaldan azad edilməsi üçün hərb yolunun seçilməsini istəyir.

Maraqlıdır, savaş çağırışları edən Azərbaycan cəmiyyəti genişmiqyaslı müharibəyə hazırdırmı?

Hərbi ekspert Üzeyir Cəfərov Missiya.Az-a açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyəti müharibəyə hazır deyil: “Müdafiə naziri Zakir Həsənov bu gün keçirdiyi mətbuat konfransında maraqlı bir məqama toxundu. Zakir Həsənov deyib ki, “Biz icraçıyıq, nə vaxt tapşırıq verilsə, biz həmin tapşırığı yerinə yetirməyə hazırıq”. Azərbaycan Silahlı Qüvvələri daim döyüş hazırlığı vəziyyətindədir. Amma cəmiyyət müharibəyə hazır deyil”.

Ü.Cəfərovun sözlərinə görə, Azərbaycan cəmiyyəti 24 saat müharibə əhval-ruhiyyəsi ilə yaşamalıdır: “Çünki Azərbaycan torpaqları işğal altındadır. Regionumuzda da vəziyyət gərgindir. Həm İran, həm Rusiya, həm də Dağlıq Qarabağla bağlı ciddi proseslər baş verir. Belə bir məqamda KİV və cəmiyyət müharibə ruhunda yaşamalıdır. Amma yaşıyırlarmı? Mən deyərdim ki, xeyir!”

Hərbi ekspert cəmiyyətin müharibə əhval-ruhiyyəsində olmamasının səbəbkarının müvafiq qurumlar olduğunu deyib: “Müvafiq qurumlar insanları hər an baş verə biləcək hadisələrə hazırlamalıdır. Bu proses cəbhə bölgələrində intensiv şəkildə aparılmalıdır. Görürsüz düşmən torpaqlarımızda at oynadır, Ağdamda təlim keçirir”.

 

Üzeyir Cəfərov cəmiyyətin müharibəyə hazırlanması üçün görülməli işlərdən də danışıb: “Ümumiyyətlə insanları müharibəyə hazırlamaq üçün ilk növbədə ən müasir üsullardan biri olan mediadan istifadə etmək lazımdır. Bizim televiziyalarımız, mediamız gecə-gündüz insanların beyninə yeritməlidir ki, “Müharibə! Müharibə! Müharibə!”, “Torpaqlarımız işğal altındadır!” İyun ayıdır. Qarşıdan 26 İyun Silahlı Qüvvələr Günü gəlir. İldə 1 dəfə 24 saat deyil, 365 gün televiziyalarımız, mediamız və hər birimiz bu müharibəyə hazır olmalıyıq!”

 

Elvin Məmmədov
Missiya.Az 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !