II Dünya Xalqlarının Mədəniyyəti Festivalı həyata keçirilib - +FOTOLAR ( AZpress.AZ - B.Əqdəs)

II Dünya Xalqlarının Mədəniyyəti Festivalı həyata keçirilib +FOTOLAR ( AZpress.AZ - B.Əqdəs)

Muğam Mərkəzində Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində Bakı Avropa Liseyinin təşəbbüsü və bir sıra Bakı şəhərinin orta məktəblərin iştirakı ilə II Dünya Xalqlarının Mədəniyyəti Festivalı həyata keçirilmişdir.
Bu Festival 2014-cü ildən etibarən Bakı Avropa Liseyi tərəfindən yaradılan və ADA Universitetinin dəstəyi ilə həyata keçirilən “Sərhədsiz Diplomatiya” (“World Wide Diplomacy”) Beynəlxalq Uşaq Diplomatiyası layihəsi çərçivəsində ikinci ildir ki keçirilir. Bu festivalda dünyanın 17 ölkəsinin mədəniyyət və ənənələri, uşaqların özləri tərəfindən hazırlanmış və həmin ölkələrin maddi irsini əks etdirən artefaktların ekpozisiyaları, rəsmləri, folklor nümunələri (kiçik pyeslər, xalq musiqi və rəqs nömrələri, xalq kostyumları) təqdim olunmuşdur. Festivalı qeyri-adi edən bir neçə özünəməxsus xüsusiyyəti var idi. Belə ki, festival iştirakçıları Bakının 4 məkəbinin (Bakı Avropa Liseyi, Bülbül adına musiqi orta məktəbi, Bakı Xoreoqrafiya məktəbi, AMK tərkibində İncəsənət Gimnaziyası) 200 nəfərə yaxın kiçikyaşlı - 1-6-ci sinif şagirdləri idi. Xüsusilə, festival proqramına müxtəlif ölkə xalqlarının dilində canlı olaraq səhnələşdirilmiş folklor nümunələri də daxil idi.
Festivalda təmsil edilmiş ölkələrin səfirliklərindən nümayəndələr iştirak etmişdir. Qeyd etmək lazımdır ki, “Sərhədsiz Diplomatiya” Layihənin əsas məqsədi yeni, açıq, humanist, pozitiv düşüncəli nəsil yetişdirməkdir. Layihə iştirakçıları xalqların çoxşaxəli etnik və mədəni ənənələri ilə tanış olur. Eyni zamanda ümumbəşəri dəyərləri dərk edirlər.
Layihənin 5 illik fəaliyyəti zamanı dünyanın 14 ölkəsindən uşaqlar WWD iştirakçısı olmuş, layihənin qarşısına qöyduğu məqsədlərə müvafiq olaraq müxtəlif tədbirlər keçirilmişdir: 3 konfrans, ekoloji aksiya, Yaponiyaya səfər baş tutmuş, uşaqlar üçün xüsusi treninqlər həyata keçirilmişdir.
2017-ci ildə bu layihənin bazası əsasında Beynəlxalq Uşaq Diplomatiya Mərkəzi təşkil edilmiş və bu işə Bakının müxtəlif məktəbləri də cəlb edilmişdir. Multikultural bir cəmiyyətdə yaşamağımızı və multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olmasını nəzərə alsaq, bu layihənin əhəmiyyətini və davamlı ola biləcəyinə inamımızı vurğulamaq istərdik.Festivalda dövlət xadimləri, Milli Məclisin deputatları, təmsil edilmiş ölkələrin səfirliklərindən nümayəndələri, Azərbaycanın tanınmış elm, təhsil, mədəniyyət xadimləri iştirak etmiş və onu yüksək qiymətləndirmişdirlər. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !