Qondarma separatçı qurumların Gürcüstana qarşı gizli və məkrli planları - - Kamal Salayev yazır..

Qondarma separatçı qurumların Gürcüstana qarşı gizli və məkrli planları - Kamal Salayev yazır..

Yaxın günlərdə Tsixinvali bölgəsində, separatçı “Cənubi Osetiya respublikası”nın parlamentinə “seçkilər” keçirilmişdir. Bu seçkilər işğalçılar və separatçılar üçün böyük əhəmiyyət kəsb edirdi. Belə ki, işğalın və separatçı rejimin qanuniləşdirilməsi xalqın iradəsi ilə ortaya çıxmış olacaqdı.
Bu zaman separatçı Tsixinvali bölgəsindən qovulmuş Gürcüstan əhalisi isə səsvermə prosesindən kənarlaşdırılmışdı. Çünki burada əsas məqsəd təkcə işğalçılıq və separatçılıq rejimini yox, eləcə də etnik təmizləmə prosesini də möhkəmləndirməkdən və qanuniləşdirməkdən ibarət idi.
Aydındır ki Gürcüstanın ərazi bütövlüyünü tanıyan dünya ictimaiyyəti separatçı Tsixinvalidə keçirilən saxta “parlament seçkiləri”nə öz nümayəndələrini göndərmədi. Separatçılığı və etnik təmizləmə prosesini “müşahidə etmək” və “qanuniləşdirmək” üçün Ermənistan buraya öz nümayəndələrini göndərdi.
Nəzərə almaq lazımdır ki Ermənistan respublikasının vətəndaşları hesab etdikləri qondarma “Arsax respublikası”nın bütün rəsmilərinə və nümayəndələrinə erməni pasportları verilmişdir və rəsmi İrəvanın razılığı olmadan onlar ümumiyyətlə heç bir iş görə bilmirlər. Həm Abxaziyanın, həm Tsixinvalinin, həm də qondarma “Arsax”ın erməni separatçı heyəti İrəvan vasitəsilə Dağlıq Qarabağa gedirlər.
Buradan isə aydın görünür ki Ermənistan Gürcüstan ərazisində separatçılıq və işğalçılıq rejimini, eləcə də etnik təmizləmə prosesini davam etdirir. Çünki Gürcüstan, Ermənistan və onun separatçı işğal rejiminin hökm sürdüyü qondarma “Arsax respublika”sı üçün dünyaya açılan yeganə pəncərədir.
Qeyd etmək lazımdır ki, məhz separatçı Abxaziyanın və “Cənubi Osetiya”nın “müstəqilliyi”ni tanıyan qondarma “Arsax”ın erməni separatçıları Tsixinvalidə keçirilən “seçkilər”də iştirak etmişlər. Beləliklə də, Ermənistan əslində, Gürcüstan ərazilərinin işğalının və gürcülərin etnik təmizləməsinin qanuniləşdirilməsində iştirak etmişdir.
Təsadüfi deyil ki, Abxaziyada törədilən vəhşiliklərin, gürcülərin soyqırımının və vətənlərindən qovulmalarının əsas təşəbbüskarları da məhz yerli erməni quldurları olmuşlar. Bu gün öldürülən və kütləvi şəkildə qovulan gürcülərin zəbt olunmuş evlərində və ərazilərində hazırda ermənilər məskunlaşmışlar.
Bu yaxınlarda Tsixinvali və Osetiya separatçılarının arasındakı “təsirli dostluq”luqları haqqında erməni mətbuatında “Arsaxın nümayəndə heyəti Cənubi Osetiyanı ziyarət etdilər” başlığı ilə dərc olunan yazı oxucuların diqqətinə çatdırılmışdır.
“Yerkramas” İnformasiya Mərkəzinin “Cənubi Osetiya”nın “prezident administrasiyası”na istinadən verdiyi məlumata əsasən “Cənubi Osetiya respublikası”nın “prezidenti” Anatoliy Bibilov “Arsax respublikası”nın nümayəndə heyətini qəbul etmişdir. Nümayəndə heyətinin tərkibində “Vətən” fraksiyasının rəhbəri Artur Tovmasyan, Xarici əlaqələr üzrə daimi komitənin üzvü Erik Arutyunyan və Ermənistanın Xarici işlər Nazirliyinin aparatının rəhbəri Semen Afiyan olmuşlar. Məlum olmuşdur ki “arsaxlılar” “Cənubi Osetiya”nın “parlamenti”nə beynəlxalq müşahidəçilər qismində gəlmişlər.
Qonaqları salamlayan Anatoliy Bibilov respublikadakı “seçki kompaniya”sı barəsində danışmış və onlara “Cənubi Osetiya”nın siyasi həyatında baş verən hadisələrə maraq göstərdikləri üçün təşəkkür etmişdir: “Sizin gəlişiniz bir daha isti dostluq əlaqələrimizin olduğunu vurğulayır. “Arsax respublikasının prezident”i Bako Saakyana və “Arsax” xalqına ən xoş arzularımı bildirin.” – deyə Anatoliy Bibilov qeyd etmişdir.
“Biz Cənubi Osetiyada olmaqdan çox şadıq. Bu Cənubi Osetiyaya dövlət başçısının ilk səfəridir və simvolik xarakter daşıyır. Belə ki Arsaxın nümayəndə heyəti, qardaş xalqın tarixinin yeni səhifəsinin yazıldığı bir gündə onun yanındadır” - deyə Semen Afiyan qeyd etmişdir. O, həmçinin qeyd etmişdir ki, özünün son səfərindən bəri “Cənubi Osetiya”dakı “müsbət dəyişiklik”ləri qeyd etmişdir.
Aydın görünür ki erməni vətəndaşları üçün Gürcüstan əhalisini kütləvi şəkildə məhv edən və doğma vətənlərindən qovan “Cənubi Osetiya” separatçıları “qardaş xalq”dır. Ancaq gürcülər isə onların düşmənləridir.
Belə qənaətə gəlmək olar ki, erməni millətçiləri gürcülərə riyakarcasına “qardaşlıq” taktikasını yeritməklə yanaşı eyni zamanda Gürcüstanın Abxaziya və Tsixinvali bölgələrində separatçılıq fəaliyyətlərini davam etdirirlər. Buna misal olaraq Samtsxe-Cavaxetiya bölgəsini də göstərmək olar ki, burada da bu yaxınlarda “erməni qardaş”ları gürcü polislərinə hücum etmişlər. Beləliklə də, onlar artıq Gürcüstan bölgəsində yeni “arsax” ssenarisini həyata keçirmək niyyətlərini gizlətmirlər.


Kamal Salayev
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )