YARI QARADAĞLI, YARI QARABAĞLI - - Rafael Hüseyn yazır.. (+ViDEO)

YARI QARADAĞLI, YARI QARABAĞLI - Rafael Hüseyn yazır.. (+ViDEO)

Güney Azərbaycanda Qaradağımız var, Quzey Azərbaycanda Qarabağımız.
Onların bir-birinə bənzərliyi yalnız adlarında deyil.
Bu tayda Qarabağ gözəl səslər, musiqi məkanı olan kimi, o tayda da Qaradağ xoş avazlar, sazəndələr və xanəndələr beşiyidir.
Bu cavanın da taleyi elə gətirib ki, tərcümeyi-halı ilə o tərəflə bu tərəfi birləşdirib.
Anası qarabağlıdır, atası qaradağlı.
Bu minvalla dünyaya gəlişindən bəlli idi ki, böyüyüb hansı peşənin qulpundan yapışmasından asılı olmayaraq o hökmən sənətlə bağlı olacaq.
Çünki yarı qaradağlı, yarı qarabağlı olması ona səs vəd edirdi, üstəlik, babalarının xəttalığıa da meyli dərin olmuşdu və bu nəsildən artıq xətt sənətində ad çıxarmış məşhurlar da vardı.
Və qismət elə gətirdi ki, o, qoşaqanadlı oldu.
Həm xəttat, həm xanəndə.
Təbiət iki istedadın ikisini də ona bağışladı.
Təbiət səxavət göstərib belə edə bilər, amma gərək adamın özündə də kəramət ola.
Allahın əta etdiyi vergi, ilham, qabiliyyət hələ xam külçə kimidir.
Çalışmasan, öyrənməsən, zəhmətə qatlaşmasan istedad ağacı arzulanan, umulan bəhrəni verməz.
Köhnə hədis: “Biliyin ardınca gedin. Lap o Çində olsa belə!”, -- söyləyir.
Və Nasir bu Peyğəmbər nəsihətinə əməl etdi. Biliyin ardınca olmağa qərar verdi.
Yola çıxdı. Ancaq Çinə üz tutmadı, Təbrizdən Bakıya təşrif gətirdi.
Çünki məqsədi muğamı dərindən mənimsəmək, əsl xanəndəliyin sirlərinə yiyələnmək idi.
Muğam da, yaxşı muğam biliciləri də İranda az deyildi. Fəqət Nasir Ətapurun qəsdi saf, təmiz, qatışıqsız Azərbaycan muğamatı öyrənmək, Azərbaycan muğam dilinə zərrəcə xələl gətirmədən oxumaq idi.
Bunun açarı isə Bakıda idi.
Gəldi, təbii ki, qəbul edildiyi Milli Konservatoriyada o da hər kəs kimi bir yaxşı müəllimin sinfinə düşdü. Amma Bakıya gəlmişkən, burda təhsil almışkən o, ətrafdakı ustadların hamısından nəsə öyrənməyə çalışırdı. İznini alaraq gah onun, gah bunun dərslərinə qatılırdı.
Muğam müsabiqəsində gücünü sınadı. Qaliblər sırasına yüksəldi.
Müəllimlərin sevimli, çalışqan tələbələrindən oldu, burda mənimsədiklərini orda –Təbrizdə də paylaşmağa çalışdı, ətrafına öyrəncilər yığdı.
Orda dərsini verə-verə hiss etdi ki, hələ yenə oxumaq, bilikləri bir az da dərinləşdirmək lazımdır.
Və yenə də hər gün aramaqda,axtarmaqda, çalışmaqda, öyrənməkdədir.
Bu haçanacan çəkəcək?
Bilənlər bilir ki, bu yolun bitəcəyi, sonu yoxdur.
Biliyə doğru nə qədər çox can atsan, o da sənə doğru gələcək.
Odur ki, cavan güneyli xanəndə Nasir Ətapur hər gün yeni şövqlə təzə nələrisə öyrənməyə, muğamın bir qədər də dərin qatlarına nüfuz etməyə səy göstərir.
Və muğam mehrə nə zaman məhəbbətlə cavab verməyib ki?!
O da ona sarı gələnə qucağını daha geniş açır..

 

İyunun 23-də saat 21.30-da və iyunun 25-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi Cənubi Azərbaycandan olan gənc xanəndə Nasir Ətapura həsr ediləcək. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )