Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib - (+FOTOLAR)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 14 iyun tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

ADMİU-nun əsas tədris korpusunda, Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Universitetin rektoru professor Ceyran Mahmudova açaraq, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışından, bu əlamətdar hadisənin Azərbaycan tarixində kəsb etdiyi əhəmiyyətdən danışıb. Ulu öndərin qayıdışından sonra Azərbaycanı böyük fəlakətlərdən, vətəndaş müharibəsindən, qardaş qırğınından xilas etdiyini qeyd edən rektor Heydər Əliyevin müstəqil və qüdrətli Azərbaycanın memarı olduğunu vurğulayıb.

“O zamanlar Azərbaycanda anarxiya mövcud idi. Bakının küçələrində rahat gəzmək mümkün deyildi. Azərbaycanda qoçu dəstələri yaranmışdı. Rayonlarımız bir-birinin ardınca əldən gedən vaxtda, bəzi silahlı qruplaşmalar Qarabağda döyüşməkdənsə, Bakıda müxtəlif mədəniyyət və tədris ocaqlarına soxulur, öz mövqelərini diqtə edirdilər. Digər sahələrdə olduğu kimi, mədəniyyət və təhsil sahəsində çalışan insanlarda da böyük çaşqınlıq yaranmışdı. Bilmirdik, sabah yuxudan oyanıb, nə eşidəcəyik, hansı fəlakətlərin şahidi olacağıq. Dövlətin rəhbərliyində dayanan şəxslər ölkəni uçuruma aparırdı. Bilmirdik ki, övladlarımızın aqibəti necə olacaq. Hər birimiz ölkəmizin sabahından nigaran idik. Heydər Əliyev məhz belə bir mürəkkəb, kritik vəziyyətdə hakimiyyətə gəldi. O, bizim sonuncu ümidimiz idi. Bu mənada, Ulu öndərin hakimiyyətə gəlməsi Azərbaycan xalqı üçün, sözün əsl mənasında, qurtuluş oldu. Heydər Əliyev hakimiyyətə gələn kimi problemləri sürətlə aradan qaldırmağa başladı, Azərbaycanı parçalamaq istəyən xarici və daxili düşmənləri yerində oturtdu. Atəşkəsə nail oldu, iqtisadi sabitlik bərqərar olunudu və Azərbaycan xalqı rahat nəfəs almağa başladı. Biz çox xoşbəxt xalqıq ki, belə böyük bir siyasi liderimiz olub. Biz həm də ona görə çox xoşbəxtik ki, Ulu öndərin cənab İlham Əliyev kimi bir davamçısı var. Heydər Əliyevin çiyinlərinə götürdüyü yükü bu gün İlham Əliyev daşıyır. O, ümummili liderimizi qoyduğu siyasi xətti davam və inkişaf etdirir, xalqımız rahat şəkildə, gözəl rifah içində yaşayır. Bu gün Azərbaycan dünyanın inkişaf edən ölkələri ilə yanaşı addımlayır. Bütün bunlara görə biz Ulu öndərə - Heydər Əliyevə borcluyuq” – deyə rektor bildirib.

Heydər Əliyevin ən çox diqqət yetirdiyi sahələrdən birinin təhsil olduğunu bildirən professor Ceyran Mahmudova ümummilli liderin diqqət və qayğısı sayəsində Azərbaycan təhsilinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Heydər Əliyevin Azərbaycan mədəniyyətini və incəsənətini çox sevdiyini xatırladan Ceyran Mahmudova onun sözügedən sahələrin inkişafı üçün atdığı addımlardan, mədəniyyət və incəsənət xadimlərinə böyük dəyər verməsindən, görkəmli incəsənət xadimlərinin problemləri ilə şəxsən maraqlanmasından danışıb.

Rektorun Humanitar məsələlər üzrə müşaviri professor Aqşin Babayev bir zamanlar Heydər Əliyevlə birlikdə çalışan insan kimi, ümummili lider haqqında xatirələrini bölüşüb, 90-cı illərin əvvəllərində Azərbaycanın içində olduğu mürəkkəb tarixi-siyasi şəraiti izah edən professor, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasını Azərbaycan xalqının nicatı kimi qiymətləndirib.

Daha sonra ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Məryəm Əlizadə, Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müdiri dosent Məleykə Həsənova və Ədəbi yaradıcılıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor Əli Əmirli çıxış edərək Milli Qurtuluş Günü haqqında, Heydər Əliyevin Azərbaycanın inkişafında xidmətlərindən danşıblar. Sonda ADMİU-nun kollektivi Heydər Əliyevin büstünü ziyarət edib və xatirə şəkli çəkdirib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !