Bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsinin nəticələri -

Bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsinin nəticələri

 AZpress.AZ xəbər verir ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli, 1007 nömrəli Sərəncam imzalamışdır.

Sərəncamın 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə ictimai təşkilatların, kino qurumlarının və Nazirliyin nümayəndələrindən ibarət İşçi Qrupu tərəfindən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və digər aidiyyəti qurumların təklifləri nəzərə alınmaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir.

Sözügedən Sərəncamın 2-ci bəndinə əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə cari il mart ayının 20-dən may ayının 1-dək Mədəniyyət Nazirliyi tərəfindən bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunmuşdur.

Müsabiqəyə təqdim olunan film layihələrinin qiymətləndirilməsini həyata keçirmək üçün Nazirliyin müvafiq əmri ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev (sədr), kinodramaturq Ramiz Fətəliyev (üzv), “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə (üzv, səhhəti ilə bağlı seçimlərdə iştirak edə bilməmişdir), kinorejissor və kinoşünas Ayaz Salayev (üzv), Dövlət Film Fondunun baş mütəxəssisi Yusif Şeyxov (üzv), kinorejissor Rüfət Həsənov (üzv), Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Elşad Əliyev (üzv) və Dövlət Film Fondunun baş mütəxəssisi Leyla Vəzirzadədən (məsul katib) ibarət Münsiflər heyəti yaradılmışdır.

Kino ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan müsabiqəyə təqdim edilən 200-dək bədii, sənədli və animasiya filmi ssenarisindən Münsiflər heyəti aşağıda qeyd olunan film layihələrini seçmişdir:

 

 

Tammetrajlı bədii

“Məryəm” – ssenari müəllifi Elçin Musaoğlu, Fərdad Rastqar
“Yuxusuz kölgələr” – Mirbala Səlimli, Marina Malaşenkova
“Nərgiz” – Cavid Zaidov
“Ərəblinski” – Elçin Əfəndiyev, İsmayıl İman
“Mampası qutusu” – Pərviz Həsənov
“Üçüncü bənd” – Ramiz Fətəliyev
“Xoşbəxt sonluqlu faciə” – Arif Əliyev
“Biçimçi” – Rəmziyyə Cilqamlı
“Kariatidalar” – Tahir Əlizadə

 

Qısametrajlı bədii

“Dulusçu” – Amil Məmiyev
“Əli həccə gedir” – Cavid Zeynallı
“Bazar günü” – Ülviyyə Heydərova
“Gecənin səsi” – Reyhan İsayeva
“Ailəvi şəkil” – Nurlan Həsənli

 

Sənədli

- “Ləzgilər” – Qorxmaz Şixəliyev

- “Qapı” – Etibar Məmmədov

 

 

Animasiya

- “Tıq-tıq və dostları möcüzələr axtarışında” – Sultan Abbasbəyli

- “Göy qurşağını görmək” – Rəmziyyə Cilqamlı

 

 

Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda, Mədəniyyət Nazirliyi ölkədə kino sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzlərini əməkdaşlığa dəvət edərək bildirir ki, hər hansı prodüser mərkəzi paritet əsaslarla Nazirlikdən vəsait əldə etməklə istər müsabiqədə seçilmiş, istərsə də digər, Ekspert Şurasının müsbət rəyini almış, özünə məxsus ssenarilərin istehsalını həyata keçirə bilər.

Qeyd edək ki, dövlət sifarişi ilə film istehsalı üçün Mədəniyyət Nazirliyi tərəfindən gələcəkdə də davamlı olaraq ssenari müsabiqələrinin keçirilməsi nəzərdə tutulmuşdur.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !