Baytarlıq preparatlarının və qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsində kromatoqrafiyanın müasir üsullarının tətbiqi - (+FOTO)

Baytarlıq preparatlarının və qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsində kromatoqrafiyanın müasir üsullarının tətbiqi (+FOTO)

 AZpress.AZ xəbər verir ki, 23 iyun – 6 iyul 2019-cu il tarixlərində Koreyada təşkil ediləcək “Baytarlıq preparatlarının və qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsində kromatoqrafiyanın müasir üsullarının tətbiqi” başlıqlı KOICA-nın Ölkə üzrə CIAT Təlim Proqramında iştirak edəcək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Qidə Təhlükəsizliyi İnstitutunun 15 dövlət rəsmisi üçün 19 iyul 2019-cu il tarixində Təqdimat Görüşü keçirilmişdir. Ötən il 19 avqust-1 sentyabr 2018-ci il tarixlərində Koreyada təşkil edilmiş eyniadlı təlim proqramında Agentliyin 10 əməkdaşı uğurla iştirak etmişdir.

Ölkə üzrə Təlim Proqramları hər bir resipient ölkə üçün ayrıca hazırlanır və həmin ölkənin reallıqlarını və tələblərini özündəəks etdirir. Təlim proqramının məqsədi Koreyada heyvandarlıq məhsulları və ümumi qidalar üçün keyfiyyətə nəzarət siyasətlərini, texnikalarını və sahə tətbiq üsullarının müəyyənləşdirilməsi, kənd təsərrüfatı və heyvandarlıq məhsullarının keyfiyyətinə nəzarət üzrə analitik bacarıqların gücləndirilməsi, Azərbaycanda heyvandarlıq məhsulları və ümumi qidaların keyfiyyətinə nəzarət üzrə rəqabət qabiliyyətinin gücləndirilməsi və gələcəkdə Koreya ilə Azərbaycan arasında qida keyfiyyətinə nəzarət sahəsindəəməkdaşlığın möhkəmləndirilməsindən ibarətdir.

Koreyada keçiriləcək təlim zamanı iştirakçılar Koreyanın bir sıra müvafiq qurumlarına belə ki, Koreya Respublikasının Təhlükənin Təhlili və Kritik Məntəqələrin (HACCP) Akkreditasiyası və Xidməti Agentliyi, Yerli Kənd Təsərrüfatı Qidalarının İstehsalı Mərkəzi, Heyvan və Bitki Karantin Agentliyi, Hankyong Dövlət Universitetinin Təhlil Mərkəzinə səfər etməklə və mühazirələr dinləməklə Koreyada kənd təsərrüfatı və heyvandarlıq məhsullarının keyfiyyətinin idarə edilməsi, həmçinin kənd təsərrüfatı və heyvandarlıq məhsullarının keyfiyyət təhlilinin idarə olunması üzrə nəzəri və praktiki təcrübəəldə etmək imkanı qazanacaqlar.

Görüşdə KOICA Azərbaycan Nümayəndəliyinin Direktoru xanım Park Kumok təlim iştirakçılarını salamladı və təbrik etdi. Sözügedən təlimin Koreyanın inkişaf təcrübəsinin öyrənilməsi vəəldə edilən təcrübənin Azərbaycanın dayanıqlı inkişafına tətbiq edilməsi üçün əla fürsət olduğunu vurğuladı. Və qeyd etdi ki, Koreya Müharibəsindən sonra Koreyanın yüksək sürətlə inkişafı zəngin insan resursları və təhsilə qoyulan davamlı investisiyalar olmadan həyata keçirilə bilməzdi. O əminliklə bildirdi ki, Azərbaycanın istedadlı vətəndaşları da KOICA proqramları vasitəsilə əldə etdikləri biliklərdən istifadə edərək ölkənin tərəqqisinə kömək edəcək və Azərbaycanın sosial və iqtisadi inkişafına töhfə verəcəkdir.

KOICA Azərbaycan Nümayəndəliyinin Təlim üzrə Koordinatoru xanım Pərvin Qarazadə iştirakçılara sağlamlıq və səyahət sığortası, qalma yeri, günlük məvacib, KOICA-nın qayda və qanunları barədə qısaca məlumat verdi. Həmçinin, təlim iştirakçılarının Koreyanın mədəniyyəti, iqtisadiyyatı, siyasəti və tarixi barədə də öyrənə biləcəklərini bildirdi.

Təlim iştirakçıları isə öz növbəsində Koreya Hökumətinə minnətdarlıqlarını bildirdilər və iki hökumət arasında mövcud dostluq vəəməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində yaxından iştirak edəcəklərini vəd etdilər.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !