AMEA-nın müxbir üzvü İvan İvanoviç Karyaginin 125 illik yubileyi qeyd olunub - (+FOTOLAR)

AMEA-nın müxbir üzvü İvan İvanoviç Karyaginin 125 illik yubileyi qeyd olunub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, AMEA-nın Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan florasının görkəmli tədqiqatçısı, AMEA-nın müxbir üzvü İvan İvanoviç Karyaginin 125 illik yubileyinə həsr olunan elmi simpozium keçirilib.

Tədbiri giriş sözü ilə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov açaraq görkəmli alimin Azərbaycan botanika elminə və onun inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, İ.İ.Karyagin 72 illik ömrünün 43 ilini Azərbaycan florası və onun bitki örtüyünün sistematik və floristik tədqiqinə həsr edib, Herbari Fondunun yaradılması və zənginləşdirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərib.

Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə İ.İ.Karyaginin həyatı, elmi və elmi-təşkilati fəaliyyəti haqqında çıxış edərək Azərbaycanda botanika elminin tədqiqi sahəsində özünəməxsus yer tutmuş alimin mənalı ömür yolundan söz açıb. O, qeyd edib ki, İ.İ.Karyaginin ən böyük mirası rəhbərliyi və elmi redaktorluğu ilə 1950-1961-ci illərdə çap edilmiş 8 cildlik “Флора Азербайджана” fundamental əsəridir. Əlamətdardır ki, elm üçün bir sıra yeni bitki növləri onun şərəfinə adlandırılıb. İ.İ.Karyagin apardığı tədqiqatların nəticələrinə görə 1946-cı ildə biologiya elmləri namizədi adına layiq görülmüş, 1958-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmiş, həmçinin Lenin ordeni və bir sıra digər orden və medallarla təltif edilmişdir.

Tədbirdə Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.ü.f.d., dos. Rəşad Səlimovun “Bitki sistematikasında müasir inkişaf tendensiyaları” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Azərbaycan botanika elm tarixinin ən dəyərli səhifələrindən birinin tanınmış alim İ.İ.Karyaginin adı ilə bağlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, son illərdə İnstitutda Azərbaycan florasına daxil olan bitki taksonlarının sistematik, floristik, morfoloji, filogenetik tədqiqi, bioloji müxtəlifliyin və ekosistemin müasir vəziyyətinin qiymətləndirilməsi, monitorinqlər müasir yanaşma və metodlardan istifadə edilməklə davam etdirilir. R.Səlimov əlavə edib ki, son illərdə Botanika İnstitutunda ABŞ-ın TROPICOS onlayn sistemində “Azərbaycan florası” adlı elektron məlumat bazası yaradılıb və floramıza aid ətraflı məlumatlar bu sistemə daxil edilir.

Daha sonra akademik Məhərrəm Babayev və digərləri çıxış edərək görkəmli alimin xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını bildiriblər.

Tədbirdə Azərbaycan florasının görkəmli tədqiqatçısı, İ.İ.Karyaginin həyat və fəaliyyətinə həsr olunan filmin nümayişi böyük marağa səbəb olub.

Sonda Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin rəhbərliyi ilə region üçün ilk dəfə tərtib edilmiş “Plants of the Greater Caucasus (Azerbaijan)” adlı kitabın təqdimatı keçirilib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !