AzTU-da Məzun Günü qeyd olunub - (+FOTOLAR)

AzTU-da Məzun Günü qeyd olunub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, iyunun 21-də Azərbaycan Texniki Universitetində (AzTU) Məzun Günü təntənəli qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan AzTU-nun rector əvəzi, professor Xalıq Yahudov universiteti bitirən gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksək ixtisaslı, bacarıqlı, hazırlıqlı mühəndis kadrlara böyük ehtiyac olduğunu söyləyib. Rektor qeyd edib ki, bu il universitetin 3425 məzunu olub ki, onlardan 2086 nəfəri bakalavr, 324 nəfəri magistrant, 16 nəfəri xarici ölkə vətəndaşı, 999 nəfəri isə ötən tədris ilindən qalanlardır. Məzunlardan 37 bakalavr və 55 magistrant isə universiteti fərqlənmə ilə bitirib.

Qonaqlar çıxışlarında məzunları təbrik edib, onlara gələcək hayatlarında uğurlar arzulayıblar. Çıxış edənlər qeyd ediblər ki, ali təhsilli bu mühəndis kadrlar sənayenin və iqtisadiyyatın digər sahələrinin sürətli inkişafında bundan sonra da öz sözlərini deyəcək, xalqımıza və respublikamıza sədaqətlə xidmət edəcəklər.

Daha sonra məzunlar çıxış edərək gələcəyin yüksək ixtisaslı mühəndisləri olacaqlarına, professor-müəllim heyətinin etimadını doğruldacaqlarına söz veriblər.

Rəsmi hissənin sonunda təhsildə fərqlənən və universitetin ictimai həyatında fəal iştirak etmiş bir qrup məzuna Fəxri fərmanlar, fərqlənmə diplomları və xatirə hədiyyələri təqdim edilib.

Sonra tədbir konsert proqramı ilə davam edib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !