Ağcabədili kümçülər indiyədək 54,3 ton barama tədarük ediblər - +FOTO ( AZpress.AZ - İ.Mais)

Ağcabədili kümçülər indiyədək 54,3 ton barama tədarük ediblər +FOTO ( AZpress.AZ - İ.Mais)

Bu il 1500 qutu (28 min 500 qram) ipəkqurdu toxumu bəsləyən Ağcabədi rayonunun kümçüləri hazırda barama tədarükünü davam etdirirlər.


AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, artıq kümçülərin yetişdirdikləri 54 min 311 kiloqram məhsul “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib.

Cari mövsümdə Ağcabədidə 60 tondan çox barama tədarük ediləcəyi gözlənilir.


Qeyd edək ki, rayonun xeyli inkişaf edən sahələrdən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, ötən il isə 37 min 146 kiloqram barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 380 min 700 ədəddən çox tut tingi əkilib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !