Təzə bir şey yoxdur (adalet.az) - - Köhnə hamam, köhnə tas(AZpress.AZ)

Təzə bir şey yoxdur (adalet.az) - Köhnə hamam, köhnə tas(AZpress.AZ)

Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikinin iştirakıyla keçirdikləri görüş başa çatıb. Görüş haqqında həmsədrlərin yaydığı bəyanatdan məlum olur ki, onlar Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla əvvəlcə ayrılıqda, sonrasa birlikdə görüşüb, daha sonrasa ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi səlahiyyətlərini icra edən Filipp Rikeriyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıyla bağlı danışıqların statusu və bölgədəki hazırki durum barədə məlumat veriblər.

Bəyanatda daha sonra deyilir ki, "müzakirələr zamanı tərəflər bölgədə baş verən son hadisələr və nizamlanma prosesinin əsas məsələləri barədə fikir mübadiləsi aparıblar. XİN rəhbərləri vasitəçilərin regiona son səfərləri zamanı təklif etdikləri humanitar və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı gözlənti və mövqelərini ifadə ediblər"

Cəbhə bölgəsindəki insan itkilərindən təəssüfləndiklərini bildirən bəyanat müəlliflərimünaqişə subyektlərini sülhə uyğun əlverişli mühitin bərpası üçün təcili tədbirlər görməyə çağırıblar. Onlar tərəfləri substantiv danışıqlara yardım edən sülh mühitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görməyə və atəşkəs rejiminə ciddi şəkildə riayət etməyəçağırıb, eləcə də təmas xətti və beynəlxalq sərhədlər boyunca snayperlərdən istifadə və mühəndis qurğularının quraşdırılması kimi əməllərdən çəkinməyin vacibliyini vurğulayıblar.
Görüş barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin yaydığı bəyanatda isə deyilir: "Azərbaycan tərəfi, bundan öncə Paris və Moskvada eyni formatda keçirilmiş görüşlərin davamı olaraq, bu ilin 20 iyun tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdiyi üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində ABŞ-a minnətdarlığını ifadə edir.

Hesab edirik ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir.

3 saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib.

Vaşinqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər.

Yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub”.

Görüşün yekunları barədə jurnalistləri məlumatlandıran Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə danışıqların "intensiv və dərin” keşdiyini qeyd edərək həmsədrlərin daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdim etdiyini bildirib. O, son vaxtlarda təmas xəttində hərbi durumun gərginləşməsinin xoşagəlməz hal olduğunu bildirərək eyni zamanda danışıqların davam edəcəyinə əminliyini də ifadə edib. Nazir deyib: "Aramızda hələ də ciddi fərqlər qalır. Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. Bunlar eyni təkliflərdir. Biz 15 ildir ki, müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik. Detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də məhz detallardır. Biz dərk edirik ki, daha çox siyasi iradə nümayiş etdirməliyik. Hətta təmas xəttindəki situasiya yekunda bəyannamə yaxud sülh müqaviləsinə doğru irəliləyişə mane olmamaldır.”

Nazir indiyədək tərəflər arasında etimadı gücləndirməyə yönəlik bir sıra mübadilələrin həyata keçirildiyinə də diqqət çəkib. O, habelə problemin həlli istiqamətində bəzi ilkin addımların atılmasının əhəmiyyəti haqda danışıb.

"Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Vəziyyətin normalaşdırılmasından danışarkən digər vacib məsələni, Paris və Moskva görüşlərimizdə danışdığımız kimi əhalini sülhə hazırlamağı unutmamalıyıq,” – deyə o bildirib.

"Müharibə hələ bitməyib” – deyə Ermənistanın xarici işlər nazirini sülh danışıqlarına müharibə ritorikası ilə yola salan baş nazir N. Paşinyan onu elə həmin ritorikayla da qarşıladı. Daxili qoşunların 27-ci ildönümüylə əlaqədar etdiyi çıxışında o yenə də öz ampluasına sadiq qalaraq "asıb-kəsmək”lə məşğul olub.Görünür, "Ermənistanın həm daxili, həm də xarici düşmənlərini yalnız məğlubiyyət gözləyir”- deyə bağıran baş nazirlə artıq onun öz dilində danışmaq vaxtı çoxdan çatıb.


Adalet.az 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )