Bir az da xoş təbəssüm... - - Tahir Süleymanov yazır..

Bir az da xoş təbəssüm... - Tahir Süleymanov yazır..

-Brat, salam. Yuxudan oyatdım...Axşam yeyib-içirik...
-Brat, nə əcəb səndən?
-Tayma "bolşe" atmışdım, Everton Peruya uzaqdan "blijniye" necə qoydusa...
-Harda, ala?
-Braziliyada...
-Evertonun Braziliyada nə işi var ala...
-Ala necə nə işi var...Peruya qol vururdu...
-Brat, məzələnirsən?
-Manyaksan ala...
-Copa-Amerikada Evertonun nə iti azıb ala...
- Necə yəni...Braziliyada oynayır da...
-Ala bilirəm də...Bu il Braziliyadadı oyunlar...
-Elə orda oynayır da...Avropaya gəlməyib hələ...
-A seriyasında oynayacaq?
-Ala çərrətün e məni...Everton elə A seriyasında oynuyur da...
-Səhər-səhər məzələnməyə adam tapmadun...
- Nə dedim ki, ala...
-Yenə Yaponiya, Qətər desən, deyərəm, cəhənnəm, "priçem" Everton...
-Nə danışırsan "voopşe"...Şərqdən çıxıb cənuba gəldün ala...Oyan da ala...
-Ala, futbolu məndən yaxşı bilirsən?
-Brat, nə pislik elədim, qonaqlığ verirəm də, səbəbkar da Evertondu. Taymın sonu Peruya qol vurmasaydı, batmışdım...
-Everton Peruya qol vurdu...
-Özüm ölüm demirəm, sən öl Everton vurdu.
-Ala axşamdan nə qədər zəhərlənmisən. Get özüvə gəl...
-Ay da...bu da mənim yaxşılığım...
-Nə yaxşılıq ala... Tezdəndən qanımı it qanına döndərirsən. Everton hara, Braziliya, Peru hara...
-Brat, 96-dandı, cavan uşaqdı hələ...
-Kim?
-Everton.
-Ala, Evertonun yaşı 100-dən çoxdu.
-Brat, bəlkə babası nə vaxtsa oynuyub, özü cavandı...
-Ala nə baba, nə əmi, nə dayı...Qardaşcanı hallanmısan...
-Brat, biz də azdan-çoxdan futbolu bilirik də...
Allaha and olsun, Peruya 3-cü topu Everton vurdu.
-Birincini Mançester, ikincini də Çelsi...hə?
-Yox e...oyun 5:0 bitdi.
-Hə...onda Liverpulnan, Arsenal da vurub ki...
-Məzələnirsən...
-Yox, hələ ki, sən məzələnirsən...
-Hə...onda 11-i də Tottenhem vura bilmədi...yoxsa 6:0 olardı.
-Ala, Copa- Amerikada millilər oynayır, klublar yox. Bəlkə Evertonun futbolçusu Braziliya millisində oynuyur, xəbərin yoxdu...
-Yyyy daaa...ala sən adamı infarkt edərsən ala...
-Yadıma düşdü, Evertondan millidə futbolçu yoxdu, Liverpuldan var...
-Brat, axşam yeyib-içmək istəyirsən?
-Nöş istəmirəm ala...
-Axşam gəl Evertonla Videotonu vura-vura calaq eləyəcəm sənə...
- Ala səsimizi videoya çəkdün...
-Sənə zəng edən yerdə barmaqlarım qırılaydı...
Everton sən dedüyün döyül, Braziliya millisinin futbolçusudu, Videoton da macar klubudu, yığmaya 3 dənə vuranlardan...
- Ala nöş hissənirsən ala, əməlli ad tapsınlar da ala...mən nə bilim ala... Brat, axşam görüşürük...
-Qətər Copa-Amerikanı qazansa görüşərik...
-Maşını satmısan ala, yaxşısı elə qatardı...
-Düüt-düüt-düüt... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !