İstanbulda səsvermənin nəticələri... -

İstanbulda səsvermənin nəticələri...

Türkiyə Prezidenti İstanbulda səsvermədə iştirak edib

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ailə üzvləri ilə birlikdə İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə keçirilən seçkilərdə səsvermədə iştirak edib.

AZƏRTAC xəbər verir ki, səsvermədən sonra KİV nümayəndələrinə açıqlama verən Türkiyə dövlətinin başçısı bildirib ki, seçkinin nəticələrini İstanbulda izləyəcək.

Qeyd edək ki, səsvermə Türkiyə vaxtı ilə 17:00-da (Bakı vaxtı ilə 18:00) başa çatacaq. Televiziya kanalları saat 21:00-dan sonra sərbəst şəkildə seçkiyə dair verilişlər yaya bilərlər.

Türkiyə Ali Seçki Komissiyası tərəfindən günün sonunadək səsvermənin ilkin nəticələri barədə məlumat veriləcəyi gözlənilir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

***

 

Binəli Yıldırım: hazırda Əkrəm İmamoğlu irəlidədir rəqibimi təbrik edirəm

 

İyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə keçirilən təkrar səsvermənin ilkin nəticələrinə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi, “Milliyyət ittifaqı”nın vahid namizədi Əkrəm İmamoğlu irəlidədir.

AZƏRTAC xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçisi, “Cümhur ittifaqı”nın vahid namizədi Binəli Yıldırım KİV nümayəndələri qarşısında çıxış edərək hazırda Əkrəm İmamoğlunun ondan irəlidə olduğunu bildirərək rəqibinə təbriklərini çatdırıb və nəticələrin İstanbul üçün xeyirli olmasını arzu edib.

Qeyd edək ki, səsvermədə əsas mübarizə AKP-nin namizədi, sabiq Baş Nazir və Türkiyə Böyük Millət Məclisinin əvvəlki sədri Binəli Yıldırım ilə CHP-nin namizədi, İstanbulun Bəylikdüzü rayon bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu arasında olub.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

                                                                                 ***

 

Türkiyə Prezidenti: Seçkiləri qazanan Əkrəm İmamoğlunu təbrik edirəm

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə keçirilən təkrar səsvermədə qeyri-rəsmi nəticələrinə görə qalib gələn Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi, “Milliyyət ittifaqı”nın vahid namizədi Əkrəm İmamoğlunu təbrik edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı təbrikini “Twitter” səhifəsi vasitəsilə çatdırıb.

Nəticələrin İstanbul üçün uğurlu olmasını arzu edən Prezident qeyd edib ki, İstanbuldakı səsvermə milli iradənin təzahürüdür.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !