Məcburi köçkünlərlə səyyar qəbul-görüş keçirilib - (+FOTOLAR)

Məcburi köçkünlərlə səyyar qəbul-görüş keçirilib (+FOTOLAR)

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov iyunun 21-də Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə
Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə və ətraf ərazilərdə müvəqqəti məskunlaşan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib. Görüşdə ümumilikdə 200 nəfərdən çox sakin iştirak edib.
Təhsil, səhiyyə, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkəmizin və rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Məcburi köçkün sakinlərdən Əliyev Həsən, Əmirova Elza, Məmmədova Gültəkin, Məmmədova Şəmilə, Əmirova Günay, Qədimalıyeva Fəridə, Əliyev Məhəmməd, Ələkbərova Gulxar və başqaları əhalinin həyat şəraiti, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan qaçqın və məcburi köçkünlərimizin də daim diqqət mərkəzində saxlanılmasından, digər yerlərdə olduğu kimi Bakı şəhəri ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün insanlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında əsas olaraq mənzil məişət məsələlərinə, bundan başqa qəsəbə ərazisində tikilən bağçanın fəaliyyətə başlamasına köməklik edilməsinə və digər şəxsi məsələlərinin həll olunmasına ehtiyacları olduğu diqqətə çatdırılıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !