Türkiyə tarixində yeni bir səhifə - İmamoğlu səhifəsi açılır - - İxtiyar Hüseynli deyir

Türkiyə tarixində yeni bir səhifə - İmamoğlu səhifəsi açılır - İxtiyar Hüseynli deyir

Bugünki seçki Ərdoğan-İmamoğlu yarışı idi və qalib İMAMOĞLU oldu!
İmamoğlu xalqın verdiyi, amma əlindən zorakılıqla alınmış mandatını yenə də xalqının etimadı ilə geri aldı. Özü də bu dəfə daha böyük fərqlə: 2 ay öncəki 13 minlik üstünlüyünü bu dəfə 700 minə çatdırdı, 53 dəfə artırdı!
İmamoğlunun şəxsində baş verən son aylardakı prosesləri yalnız İstanbul kontekstində təhlil etmək düzgün deyil, zənnimcə...
Bu, Türkiyənin əksəriyyətinin ciddi dəyişikliklər istədiyini, xalqın yorğunluğunu və cəmiyyətin sosial-psixoloji impulslarını aydın göstərir.
Türkiyədə süni gərginlikdən, siyasi avantüralardan, boşboğazlıqdan, hamıyla düşmən olmaqdan bezən xalq yeni lider, yeni ümid, yeni yol arayırdı və bu boşluğu İMAMOĞLU öz personası ilə bir anda doldurdu.
Bu, son 17 ildə AKP iqtidarının üzləşdiyi ən böyük sarsıdıcı zərbədir və onun artıq xalqı birləşdirmək, səfərbər etmək gücünü itirdiyini, bu statusunu İmamoğlunun timsalında CHP-yə verdiyini təsdiqləyir.
Bugünki seçki Ərdoğan-İmamoğlu yarışı idi və qalib İMAMOĞLU oldu!
Kim istisna edə bilər ki, bu iki şəxsin qarşıdakı birbaşa seçki yarışında - Prezident seçkilərində nəticə fərqli olacaq?!.
Məncə, yox! Türkiyə tarixində yeni bir səhifə - İmamoğlu səhifəsi açılır: qalib də odur, gələcək də odur, həqiqət də odur, Cümhuriyyət də odur, Atatürk də odur!.. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !