“Megafun”da baş verən partlayış anı... - (+VİDEO)

“Megafun”da baş verən partlayış anı... (+VİDEO)

“Megafun” əyləncə mərkəzində baş verən partlayışın görüntülərini BAKU.WS-in “qaynar xətti”nə göndəriblər.

Hadisə baş verən anları təqdim edirik.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Bakı şəhərinin Xətai rayonunda “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində baş verən alışma nəticəsində 8 nəfərə (3-ü uşaq olmaqla) xəsarət alıb.

Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Yanğın hadisəsi baş verməyib.

 


***

 

Xətai rayonunda yerləşən “Megafun” əyləncə mərkəzində dünən baş vermiş partlayışın görüntüsü yayılıb.

AZpress.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülərdən məlum olur ki, partlayışa janqlyorun əlindəki alovu şarlara yaxınlaşdırması səbəb olub.

Qeyd edək ki, insident zamanı 8 nəfər xəsarət alıb. Onlardan 3-ü azyaşlıdır. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )