Xaricdə doktorantura səviyyəsi üzrə təhsilin təşkili problemləri mövzusunda dəyirmi masa keçirildi - (+FOTOLAR)

“Xaricdə doktorantura səviyyəsi üzrə təhsilin təşkili problemləri” mövzusunda dəyirmi masa keçirildi (+FOTOLAR)

Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ictimai müzakirəsinin təşkili” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ictimai müzakirəsini həyata keçirməklə, ali təhsil müəssisələrinin tələbə və müəllim heyətini Proqramın müzakirəsinə cəlb etməklə ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılmasına və müasir təhsilimizin formalaşmasına nail olmaqdır.
Layihədə bir sıra tədbirlərin həyata keçirilməsi zəruri hesab edilmişdir. Müasir təhsilin formalaşmasına, ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılmasına xidmət edən dəyirmi masalarda ikili diplom proqramlarının həyata keçirilməsi, xaricdə doktorantura səviyyəsi üzrə təhsilin təşkili, tədris proqramlarının beynəlxalq standarlara uyğunlaşdırılması, əcnəbi tələbə və professor-müəllim heyətininin tədrisə cəlb etməsi kimi məsələlər, TV verilişində də ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması yolları, xaricdə təhsil almış gənc məzunların potensialından istifadə imkanları və gənclərin xaricdə təhsil almaq imkanları və s. kimi Proqramda qarşıya qoyulmuş məsələlər müzakirə olunacaqdır.
24 iyun 2019-cu il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin konfrans zalında “Xaricdə doktorantura səviyyəsi üzrə təhsilin təşkili problemləri” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri açıq elan edən Fondun icraçı direktoru O.Ə.Naqdiyev əvvəlcə fondun tarixi, fəaliyyət istiqamətləri, bu günə qədər həyata keçirilən layihələr barədə ümumi məlumat verdikdən sonra hal-hazırda fond tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ictimai müzakirəsinin təşkili” layihəsinin məqsədi, əhəmiyyəti və fəaliyyət planı barədə dəyirmi masa iştirakçılarına ətraflı məlumat verdi. Sonra söz dəyirmi masanın mövzusuna uyğun olaraq AzMİU-nun kafedra müdiri, professor, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Parisin CNAM Universiteti arasında ikili diplom proqramının koordinatoru Nurməmməd Məmmədova verildi. O, öz çıxışında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının mahiyyətindən ali təhsil müəssisələrində ikili diplom proqramlarının həyata keçirilməsinin perspektivləri və problemləri ilə bağlı geniş məlumat verdi. O, ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması yolları, xaricdə təhsil almış gənc məzunların potensialından istifadə imkanları və gənclərin xaricdə təhsil almaq imkanları və s. kimi Proqramda qarşıya qoyulmuş məsələlər müzakirə olunmuşdur.
Sonra söz müzakirə olunan mövzu ilə bağlı iştirakçılara verildi. Mövzu ilə bağlı aktiv müzakirə aparıldı.
Dəyirmi masada iştirakçılara mövzu ilə bağlı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və bukletlər təqdim edildi.
Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu 09.08.2002-ci il tarixində AR-nın Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınmışdır.
Təşkilatın məqsədi, respublikamızdakı tarixi-memarlıq və mədəniyyət abidələri haqqında geniş məlumat toplamaq və bu tarixi abidələrin milli-mənəvi dəyərlərin formalaşmasında, milli mədəni irsimizin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində hər bir vətəndaşımızın məsuliyyəti kimi məsələləri təbiğ etmək, memarlıq və inşaat sahələri üzrə həm təhsildə, həm də bilavasitə istehsalatda və əmək bazarında mövcud olan problemləri öyrənmək, onların həll yollarını araşdırmaq və maarifləndirmə tədbirləri həyata keçirməkdir..

 

Layihənin rəhbəri – fondun icraçı direktoru Orxan Naqdiyev

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !