Şamaxı rayonunda yoqa tədbiri təşkil olunub - (+FOTOLAR)

Şamaxı rayonunda yoqa tədbiri təşkil olunub (+FOTOLAR)

Hindistanın Bakıdakı Səfirliyi Şamaxı Rayon İcra Hakimiyyəti və Yoga Şahi Studio ilə birgə əməkdaşlıq çərçivəsində 24 iyun axşam saat 18:00-da Şamaxı rayonunun Yusif Məmmədəliyev qəsəbəsində Şamaxı Astrofızika Rəsədxanasına yaxın ərazidə yerləşən ‘Fortuna’ İstirahət Mərkəzində Beynəlxalq Yoqa Gününə həsr olunmuş yoqa tədbirini həyata keçirib. Açıq havada təşkil olunan yoqa tədbirində 150-dən çox adam iştirak edib.
Tədbiri Şamaxı Rayon İcra Hakimiyyətinin Başcısı Tahir Məmmədov açıq elan edərək müasir dövrdə insanlar arasında populyarlıq qazanan yoqanın insan həyatında fiziki və mənəvi sağlamlıq üçün böyük rol oynadığını qeyd edib. Daha sonra Hindistan Respublikasının Azərbaycandakı səfiri Vanlalvavna Bavintlunq çıxış edərək tədbirin keçirilməsindən məmnunluğunu bildirib və qeyd edib ki, keçirilən bu cür tədbirlərin xalqlar arasındakı mədəniyyət körpüsü rolu oynayır. O, həmçinin tədbirlərin keçirilməsinə böyük dəstək verən Azərbaycan Hökümətinə dərin minnətdarlığını bildirib.
Seans zamanı iştirakçılar Yoqa Şahi studiosunun təlimçisi Sabina Şahi tərəfindən göstərilən müxtəlif yoqa hərəkətləri vasitəsilə gündəlik həyatda yaşanan problemlərin yaratdığı gərginliklərdən xilas olmağın yollarını öyrəniblər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !