AZƏRBAYCAN TELEVİZİYASINDA COĞRAFİYANIN BİR SIRA MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNUB - (+FOTOLAR)

AZƏRBAYCAN TELEVİZİYASINDA COĞRAFİYANIN BİR SIRA MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNUB (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, İyunun 22-də başda akademik Ramiz Məmmədov və c.ü.f.d. Şahin Pənahov olmaqla, AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, Azərbaycan Dövlət Pedaqoji və Bakı Dövlət Universitetlərinin müəllim-tələbə kollektivi Azərbaycan Dövlət Televiziyasının qonaqları olmuşlar.

Aparıcı coğrafiyaçı jurnalist Orxan Cabbarlının “Təhsil üçbucağı” verilişinə dəvət olunmuş akademik Ramiz Məmmədov, eləcə də digər iştirakçılar coğrafiyanın müxtəlif problemləri, gələcək inkişafı haqqında fikir mübadiləsi aparmış, irad və təkliflərini bildirmişlər.

Coğrafiya elmi haqqında fikir bildirən akademik onun artıq özünün təsviri funksiyasını çoxdan başa vurmuş və fundamental tətbiqi bir elmə çevrildiyini tamaşaçıların diqqətinə çatdırmışdır. Alim bildirmişdir ki, coğrafiyasız nə iqtisadiyyatı, nə də kənd təsərrüfatını təsəvvür etmək mümkün deyildir. Ancaq coğrafi biliklərin tətbiqi ilə bu və digər sahələrdə uğur əldə etmək mümkündür. İnkişaf üçün coğrafi məlumatlar zəruridir. R. Məmmədov ölkə coğrafiyaçılarının əldə olunmuş nailiyyətlərə görə üç dəfə Azərbaycan Dövlət Mükafatına layiq görüldüyünü xüsusilə vurğulamışdır. Coğrafiya dərsliklərinə münasibət bildirən natiq müəlliflərin təkcə coğrafiyanın bilicisi olmağın kifayət etmədiyini, onların həm də hərtərəfli biliklərə malik olmalarını vacib hesab edib. “Güclü dövlətlərdə ölkənin idarə olunmasında coğrafiyaçıların rolu böyükdür”, - deyən R.Məmmədov Rusiya Coğrafiya Cəmiyyəti prezidentinin ölkənin müdafiə naziri, Cəmiyyətin Qəyyumlar Şurası sədrinin isə Rusiya prezidenti V. Putinin olduğunu xüsusi qeyd edib.

Bir saata yaxın davam edən verilişdə müasir coğrafiyaya yeni baxış, coğrafiyanı necə öyrətməli və öyrənməli, coğrafiyanın xalq təsərrüfatının inkişafında rolu, coğrafiya fənninin ali və orta məktəblərdə tədrisi, elmlə tədrisin vəhdəti, təhsil ocaqlarında coğrafiyaya olan münasibət, kadr hazırlığı, coğrafi informasiya vasitələrinin tətbiqi ilə Xəzər dənizinin öyrənilməsi, coğrafi biliklərin həyatımızda – kənd təsərrüfatında və iqtisadiyyatda tətbiqi, coğrafiya elminin gələcək inkişafı və s. kimi məsələlər yer alıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !