Külli miqdarda narkotik vasitə aşkar edilib - (+VİDEO)

Külli miqdarda narkotik vasitə aşkar edilib (+VİDEO)

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qeyri-qanuni yollarla gətirilmiş narkotik vasitələrin realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikasının vətəndaşı Rəsulova İntizar Eldar qızı sellofan torbada narkotik vasitə olan bağlamaları şərti alıcıya satmaq istəyərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılıb. Baxış zamanı vətəndaşa məxsus torbanın içərisində 2 ədəd bağlamada, sellofan paketlərə qablaşdırılmış spesifik qoxuya malik, ümumi çəkisi 990 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılaraq Rəsulova İntizar Eldar qızı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !