“Doğma yurdum Şamaxı” kitabının təqdimatı keçirildi - (+FOTOLAR)

“Doğma yurdum Şamaxı” kitabının təqdimatı keçirildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS)X.B.Natəvan adına 4 №-li kitabxana filialının nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində Xalq TV-nin baş direktoruHacı Hidayət Şirvanlının “Doğma yurdum Şamaxı” kitabının təqdimatı keçirildi.

Tədbiri kitabxananın əməkdaşı, Prezident təqaüdçüsü, şair-publisist Səməd Vurğun Poeziya Ocağının rəhbəri Zərəngiz Mansurova (Dəmirçi Qayalı)açaraq Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin bütün dünyada qeyd edildiyini,15 noyabr 2018-ci il “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi” və 11 yanvar 2019-cu il tarixli Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarının şairin irsinə dövlət səviyyəsində verilən yüksək dəyərin göstəricisi olduğunu söylədi. O, “Nəsimi ili” çərçivəsində təqdimatı keçirilən “Doğma yurdum Şamaxı” kitabında Nəsimi yaradıcılığına böyük yer verildiyinibildirdi.

Tədbirdə Qafqaz Media İctimai Birliyinin sədri, kitabın redaktoru və “Ön söz”ün müəllifi, Prezident təqaüdçüsü, şair-publisist Azadə Taleh Hüseynova bucür tədbirlərin yaradıcı insanlara stimul verdiyinivurğuladı.

Təbrizdə dərc olunan “Mişov dağı” jurnalının təsisçisi və baş redaktoru Akşin Ağkəmərli, kitabxana filalının müdiri Turanə Əmirova, “Tarixi həqiqətlərin oyrənilməsi” İctimai Birliyinin sədri Lalə Cavadqızı, həkim, şairə Təranə Hüseynova, bəstəkar-müğənni Arif Səlimov, Xalq TV-nin şöbə müdiri Sübhan Əkbərzadə, əməkdaşları Elmira Əhmədova, Mənsurə Qaçayqızı şairin ölməz ideyalarının bu gün dədünyada geniş yayıldığını söylədilər. Çıxış edənlər “Doğma yurdum Şamaxı” kitabını Şirvan şairləri, mütəfəkkirləri və müasir sənətkarları haqqında ensiklopedik toplu və dərs vəsaiti kimi dəyərləndirdilər.
Təbrizdən gəlmiş istedadlı gənclər Araz və Erol Ağkəmərlilər Azərbaycan şairlərinin şeirlərindən nümunələr səsləndirdilər, müğənni Ziba Hüseynova qəzəllərini ifa etdi.

Sonda kitabxana filialınmüdiri Turanə Əmirovaya, Poeziya Ocağının rəhbəri Zərəngiz Dəmirçi Qayalıya, böyük kitabxanaçı Hilanə Babyevaya, Araz və Erol Ağkəmərlilərə XalqTv-nin Fəxri diplomları, kitabxanadakı tədbirlərdə fəal iştirakına görə isə Araz Ağkəmərliyə kitabxana kollektivinin adından “Təşəkkürnamə” təqdim olundu.

Tədbir ədəbi-bədii kompozisiya ilə başa çatdı.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !