ƏSGƏRƏ MƏKTUB... - - Şirinxanım Kərimbəyli ŞADİMAN yazır..

ƏSGƏRƏ MƏKTUB... - Şirinxanım Kərimbəyli ŞADİMAN yazır..

Vətənin keşiyində duran qəhrəman Azərbaycan Əskəri, işğal altında qalan Vətən torpaqlarını qorumaq nəsibin olsun! Allahın nəzəri üstünüzdə olsun Vətən oğulları! Bayramınız mübarək, Azərbaycan igidləri, Azərbaycan kişiləri...!!!

 


ƏSGƏRƏ MƏKTUB

 

İndi məktublar da yazılmır daha,
İnternet mesajlar işə düşəndən.
Ümidim bağlıdır uca Allaha,
Ötür günlər, aylar biz görüşəndən.

 

Əzizim, bilirsən ürəyim səndə,
Sənsən bu dünyada həyat işığım.
Eşqə bağlı olan diləyim səndə,
Sənsən gözüm nuru, qəlb yaraşığım.

 

Hər yerdə gözümə görünürsən sən,
İgidim, Vətənə dayaq əsgərim.
Qəlbimin oduna bürünürsən sən,
Səngərlər içində oyaq əsgərim.

 

Bilirsən necə mən həsrətindəyəm,
Günləri sayıram, ötüşsün aylar.
Səninlə qovuşmaq niyyətindəyəm,
Axır kirpiklərdən qəm dolu çaylar.

 

Hərbə qışda getdin, artıq yaz indi,
Ağaclar çiçəyə bürünüb bağda.
Bir cavab məktubu mənə yaz indi,
Sözlərim həsrətlə yanır varağda!...

 

Hər gün duaçıyam yoluna, Əsgər,
Tanrım qoy ömrünə nurlar ələsin.
Düşmənin qandal vur qoluna Əsgər,
Ayağın altına düşüb mələsin.

 

Sevgilim, bilirəm qolunda qüvvət,
Bu yurdlar Ordunun əmanətidir.
Vətən namus, şərəf, əvvəssiz sərvət,
Qurd ürəklilərin zəmanətidir!

 

Söylə yadındamı, sən gedən günü?
Kənddə gəlmişdilər sənlə görüşə.
Bir qoç da qurbanlıq sən gələn günü,
Nişanlım, gəlişin bayrama düşə...

 

Bu Novruz bayramı sənsiz keçirdik,
Gözüm qapınızda qaldı, əsgərim.
Keçən il çərşənbə biz and içirdik,
Andımız ruhuma baldı, əsgərim.

 

Qapımız yan-yana, axı qonşuyuq,
Hər gün anan-bacın mənlə görüşür.
Bu eşqlə Allahın cənnət quşuyuq,
Ruhum uyğularda sənlə görüşür.

 

Vətən işğaldadı, işğala çarə
Sizin əlinizdə, ey vətən oğlu.
Bu dərd sinəmizi eyləyib yarə,
Düşmənlə bir yerdə məhv olsun nağlı!...

 

Sənin uğuruna amin deyirəm,
Yağıya qələbə çalsın Ordumuz.
Vətən igidlərə zamin deyirəm,
İşğaldan qurtulsun daha yurdumuz!

 

Yoluna həsrətli nişalın baxır,
Salamat dönəsən evinə, Əsgər.
Eşqin ürəyimi yandırıb yaxır,
Gələsən el-oban sevinə, Əsgər.

 

Mən rica eylədim şairimizdən,
Nəzimlə söyləsin ürək sözümü.
Bəndlər haray salıb bəhs etdi bizdən,
Sən də yolda qoyma daha gözümü.

 

Saf eşqi misraya düzdü Şadiman,
Məktubum yetişə əlinə, əsgər.
Olaq bir-birinə daim mehriban,
Xoş xəbər yayılsın elinə, Əsgər.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )